Qrafik Dizayner

  • Истекает 20 август 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

WOOM Agency komandası üçün peşəkar Qrafik Dizayner axtarır.

Əgər Siz kreativ düşüncəyə malik, vizual kommunikasiya bacarıqları güclü və müxtəlif sahələrdən olan brendlərlə işləmək istəyən bir mütəxəssissinizsə, müraciətinizi gözləyirik.

Vəzifə öhdəlikləri

  • Sosial media platformaları üçün post, story və reklam vizuallarının hazırlanması;
  • Çap məhsullarının (flyer, buklet, roll-up, vizitkart və s.) dizayn edilməsi;
  • Brend identikasına uyğun vizual materialların hazırlanması;
  • Kreativ konseptlərin hazırlanmasında və inkişaf etdirilməsində iştirak;
  • Marketinq və kontent komandası ilə koordinasiyalı işləmək;
  • Süni intellekt (AI) alətlərindən istifadə etməklə dizayn prosesinin optimallaşdırılması.

Tələblər

  • Adobe Photoshop və Adobe Illustrator proqramlarını yaxşı səviyyədə bilmək;
  • Kompozisiya, tipoqrafiya və rəng nəzəriyyəsi üzrə biliklər;
  • Kreativ yanaşma və detallara diqqət;
  • Tapşırıqları müəyyən edilmiş vaxt çərçivəsində yerinə yetirmək bacarığı;
  • Portfolio təqdim olunması mütləqdir.

Üstünlük hesab olunur

  • Adobe After Effects və ya digər motion dizayn proqramları üzrə biliklər;
  • Brendinq layihələrində iştirak təcrübəsi;
  • AI alətləri (ChatGPT, Midjourney, Adobe Firefly və s.) ilə işləmək bacarığı.

Sizə nə təklif edirik?

  • Fərqli sahələrdə fəaliyyət göstərən brendlərlə işləmək imkanı;
  • Peşəkar və inkişafyönümlü komanda mühiti;
  • Karyera və peşəkar inkişaf imkanları;
  • Kreativ ideyaların dəyərləndirildiyi iş mühiti;
  • Rəqabətli əməkhaqqı (müsahibə əsasında müəyyən edilir).

İş yeri: Bakı şəhəri, N.Nərimanov

İş qrafiki: Tam iş günü 

Maraqlanan namizədlərdən CV və portfoliolarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. E-poçtun mövzu hissəsində "Qrafik Dizayner" qeyd edilməlidir.

  • Daily0
  • Weekly595
  • Monthly2271