Əməliyyat şöbəsinin müdiri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əməliyyat şöbəsinin müdiri

  • Deadline 3 April 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti:

  • İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
  • Ünvan: Bakı şəhəri,Heydər Əliyev pr,164

Öhdəliklər:

  • Müvafiq sığorta məhsulları üzrə sığorta şəhadətnamələrinin və müqavilələrinin hazırlanmasına nəzarəti həyata keçirmək;
  • Müvafiq sığorta məhsulları üzrə sığorta şəhadətnamə və müqavilələrinin sistemləşdirilməsi və arxivləşdirilməsi prosesinə nəzarət etmək;
  • Hazırlanan yeni sığorta məhsullarını Cəmiyyətin müvafiq informasiya texnologiyaları sistemində test rejimində yoxlamaq, aşkar edilən problemlərin aradan qaldırılması üçün tədbirlər görmək və sistemin optimallaşdırılmasını təmin etmək;
  • Şöbənin səlahiyyətlərinə aid hesabatların hazırlanmasında iştirak etmək;
  • Sənədlərin icra müddətində vaxtında və düzgün icra olunmasına nəzarəti təmin etmək;
  • Sığorta müqavilələrinə xitam verilməsi və ləğv edilməsi proseslərini həyata keçirmək;
  • Şöbədə rəsmiləşdirilən bütün sənədlərə nəzarət etmək, sığorta şəhadətnamələrini yoxlamaq və təsdiq (viza) imzası qoymaq;
  • Birbaşa rəhbər ilə razılaşdırmaqla şöbənin ümumi fəaliyyəti üzrə icraedici və istiqamətləndirici funksiyaları yerinə yetirmək;
  • Fəaliyyət nəticəsində əldə edilmiş məlumatların məxfiliyini təmin etmək və təhlükəsizlik qaydalarına ciddi riayət etmək;
  • Rəhbərlik etdiyi şöbə əməkdaşlarının icra etdiyi işlərə nəzarət etmək və qiymətləndirmək;
  • Şöbəyə aid prosedur, proseslərin hazırlanmasını və təkmilləşdirilməsini təmin etmək;
  • Birbaşa rəhbərin tapşırıqlarının icrası zamanı müvafiq struktur bölmələri ilə koordinasiyanı həyata keçirmək;
  • Cəmiyyətin iş metodlarının təkmilləşdirilməsi ilə bağlı birbaşa rəhbərə təkliflər vermək;
  • Qanunvericiliyin tələblərinə uyğun olaraq sığorta və kommersiya sirrinin, eləcə də xidməti məlumatların qorunmasını təmin etmək.

Tələblər:

  • Ali təhsil;
  • Tələb olunan sahə üzrə 5 il iş təcrübəsi;
  • Analitik qabiliyyətlərə və problem həll etmək bacarığına malik olması;
  • MS-Office (Excel, PowerPoint, Word) proqramlarında sərbəst işləmək bacarığı; 
  • Rus və İngilis dilini bilməsi arzu olunandır;
  • Sığorta bazarını, sığorta qanunvericiliyi anlamaq, sığorta məhsullarını bilmək, 
  • Komandada işləmək bacarığı;
  • Dəqiqlik və məsuliyyətlilik.

Qeyd: Tələblərə uyğun namizədlər mövzu hissəsində vakansiyanın adını “Əməliyyat şöbəsinin müdiri” qeyd edərək Cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily5
  • Weekly559
  • Monthly1130