İş şəraiti:
- İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri,Heydər Əliyev pr,164
Öhdəliklər:
- Müvafiq sığorta məhsulları üzrə sığorta şəhadətnamələrinin və müqavilələrinin hazırlanmasına nəzarəti həyata keçirmək;
- Müvafiq sığorta məhsulları üzrə sığorta şəhadətnamə və müqavilələrinin sistemləşdirilməsi və arxivləşdirilməsi prosesinə nəzarət etmək;
- Hazırlanan yeni sığorta məhsullarını Cəmiyyətin müvafiq informasiya texnologiyaları sistemində test rejimində yoxlamaq, aşkar edilən problemlərin aradan qaldırılması üçün tədbirlər görmək və sistemin optimallaşdırılmasını təmin etmək;
- Şöbənin səlahiyyətlərinə aid hesabatların hazırlanmasında iştirak etmək;
- Sənədlərin icra müddətində vaxtında və düzgün icra olunmasına nəzarəti təmin etmək;
- Sığorta müqavilələrinə xitam verilməsi və ləğv edilməsi proseslərini həyata keçirmək;
- Şöbədə rəsmiləşdirilən bütün sənədlərə nəzarət etmək, sığorta şəhadətnamələrini yoxlamaq və təsdiq (viza) imzası qoymaq;
- Birbaşa rəhbər ilə razılaşdırmaqla şöbənin ümumi fəaliyyəti üzrə icraedici və istiqamətləndirici funksiyaları yerinə yetirmək;
- Fəaliyyət nəticəsində əldə edilmiş məlumatların məxfiliyini təmin etmək və təhlükəsizlik qaydalarına ciddi riayət etmək;
- Rəhbərlik etdiyi şöbə əməkdaşlarının icra etdiyi işlərə nəzarət etmək və qiymətləndirmək;
- Şöbəyə aid prosedur, proseslərin hazırlanmasını və təkmilləşdirilməsini təmin etmək;
- Birbaşa rəhbərin tapşırıqlarının icrası zamanı müvafiq struktur bölmələri ilə koordinasiyanı həyata keçirmək;
- Cəmiyyətin iş metodlarının təkmilləşdirilməsi ilə bağlı birbaşa rəhbərə təkliflər vermək;
- Qanunvericiliyin tələblərinə uyğun olaraq sığorta və kommersiya sirrinin, eləcə də xidməti məlumatların qorunmasını təmin etmək.
Tələblər:
- Ali təhsil;
- Tələb olunan sahə üzrə 5 il iş təcrübəsi;
- Analitik qabiliyyətlərə və problem həll etmək bacarığına malik olması;
- MS-Office (Excel, PowerPoint, Word) proqramlarında sərbəst işləmək bacarığı;
- Rus və İngilis dilini bilməsi arzu olunandır;
- Sığorta bazarını, sığorta qanunvericiliyi anlamaq, sığorta məhsullarını bilmək,
- Komandada işləmək bacarığı;
- Dəqiqlik və məsuliyyətlilik.
Qeyd: Tələblərə uyğun namizədlər mövzu hissəsində vakansiyanın adını “Əməliyyat şöbəsinin müdiri” qeyd edərək Cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.