Sistem inzibatçısı - mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sistem inzibatçısı - mütəxəssis

  • Deadline 10 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti:

  • İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
  • Ünvan: Bakı şəhəri, Heydər Əliyev pr,164

Öhdəliklər:

  • İT infrastrukturunun (serverlər, iş stansiyaları, avadanlıqlar və proqram təminatı) fasiləsiz fəaliyyətinin təşkili və təmin edilməsi; 
  • Fayl paylaşımı, domen mühiti (Active Directory) və şəbəkə resurslarının idarə olunması və işlək vəziyyətdə saxlanılması; 
  • İstifadəçilərin qeydiyyatının aparılması (domain controller-də), user identifikasiya və parolların təyin edilməsi;
  • Backup və bərpa mexanizmlərinin təşkili, ehtiyat nüsxələrin saxlanması və bərpa testlərinin həyata keçirilməsi; 
  • Server və sistemlərdə baş verən texniki nasazlıqların aşkarlanması və operativ aradan qaldırılması; 
  • Server avadanlıqları və proqram təminatına texniki xidmətin göstərilməsi; 
  • Monitorinq və loqlama proseslərinin düzgün qurulması və davamlı nəzarətdə saxlanılması; 
  • Sistemlərin təhlükəsizliyinin təmin edilməsi, icazəsiz girişlərin qarşısının alınması ,sistem faylları və verilənlərin baxılması və dəyişdirilməsi hallarının qarşısını almaq üçün təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi; 
  • Korporativ elektron poçt sisteminin təşkili və fasiləsiz fəaliyyətinin təmin edilməsi; 
  • Server və avadanlıqların modernizasiyası və yenilənməsi üzrə işlərin həyata keçirilməsi; 
  • Nasaz avadanlıqlar üzrə aktların hazırlanması və bərpa/təmir proseslərinin təşkili; 
  • Yeni texnologiyaların tətbiqi məqsədilə sınaq və qiymətləndirmə işlərinin aparılması; 
  • İnfrastrukturda baş verən dəyişikliklərin sənədləşdirilməsi və texniki sənədlərin aparılması; 
  • İşlərin təşkili, planlaşdırılması, qeydiyyatı və prioritetlərin müəyyən edilməsi; 
  • Korporativ standartlara və daxili prosedurlara riayət edilməsi; 

Tələblər:

  • Ali təhsil -Riyaziyyat, Kompüter Elmləri, Komputer mühəndisliyi üzrə bakalavr dərəcəsi;
  • Sahə üzrə iş təcrübəsi ən azı 3 il (Bank və sığorta sahəsi üzrə arzuolunandır);
  • Dil bilikləri- azərbaycan dili-əla, ingilis dili, rus dili -arzuolunandır;
  • Şəbəkənin əsasları (OSI layer, IP Subnetting) üzrə biliklər;
  • Windows Server (Active Directory, DNS, DHCP, File Server) üzrə bilik və bacarıqlar;
  • Group Policy idarəçiliyi (Qaydaların tədbiq olunması) üzrə bilik və bacarıqlar;
  • File Server idarəçiliyi (İcazələrin tənzimlənməsi) üzrə bilik və bacarıqlar;
  • DNS idarəçiliyi (DNS rekordları (Public və daxili), DNS Serverlər) üzrə bilik və bacarıqlar;
  • Microsoft Exchange, Microsoft 365 və Hybrid Azure administrasiyası üzrə bilik və bacarıqlar;
  • Virtuallaşdırma texnologiyaları (vCenter, vSan, ESXI, HyperV) üzrə bilik və bacarıqlar;
  • Server və storage (HPE, Dell, Lenovo) avadanlıqları, fiziki server və storage sistemlərinin konfigurasiyası üzrə bilik və bacarıqlar;
  • Linux əməliyyat sistemləri (RedHat, Debian) üzrə bilik və bacarıqlar;
  • Backup və replikasiya idarəçiliyi (Veeam Backup&Replication) üzrə bilik və bacarıqlar;
  • Monitorinq alətləri (PRTG, Zabbix) üzrə bilik və bacarıqlar;
  • Sertifikat idarəçiliyi (Seritfikatların yenilənməsi, yüklənməsi və.s) üzrə bilik və bacarıqlar;
  • System Administrator sahəsində Microsoft və Linux sertifikatlarına sahib olması arzuolunandır;
  • Komandada işləmək bacarığı və məsuliyyətlilik; 
  • Konfidensiallığın qorunması.

CV-lərinizi, mövzu hissəsində “Sistem inzibatçısı - mütəxəssis” qeyd etməklə Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərə bilərsiniz.

  • Daily7
  • Weekly706
  • Monthly1090