System Administrator

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

System Administrator

  • Deadline 19 Aprel 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tələb olunan bilik və bacarıqlar:

  • Şəbəkənin əsasları (OSI layer, IP Subnetting) üzrə biliklər;
  • Windows Server (Active Directory, Group Policy, DNS, DHCP, File Server) üzrə bilik və bacarıqlar;
  • Group Policy idarəçiliyi (Qaydaların tədbiq olunması) üzrə bilik və bacarıqlar;
  • File Server idarəçiliyi (İcazələrin tənzimlənməsi) üzrə bilik və bacarıqlar;
  • DNS idarəçiliyi (DNS rekordları (Public və daxili), DNS Serverlər) üzrə bilik və bacarıqlar;
  • Microsoft Exchange, Microsoft 365 və Hybrid Azure administrasiyası;
  • Virtual laşdırma texnologiyaları (vCenter, vSan, ESXI, HyperV) üzrə bilik və bacarıqlar;
  • Server və storage (HPE, Dell, Lenova) avadanlıqları, fiziki server və storage sistemlərinin konfigurasiyası üzrə bilik və bacarıqlar;
  • Ehtiyat mərkəz (DR Site) serverlərin replikasıyası digər əməliyyatlar üzrə biliklər;
  • Linux əməliyyat sistemləri (RedHat, Debian) üzrə bilik və bacarıqlar;
  • Backup və replikasiya idarəçiliyi  (Veeam Backup&Replication);
  • Monitorinq alətləri (PRTG, Zabbix) üzrə bilik və bacarıqlar;
  • Sertifikat idarəçiliyi (Seritfikatların yenilənməsi, yüklənməsi və.s) üzrə bilik və bacarıqlar;
  • System Administrator sahəsində Microsoft sertifikatların olması mütləqdir (Linux Sertifikatları arzu olunandır);
  • Dil bilikləri- azərbaycan dili-əla, ingilis dili, rus dili -arzuolunandır;

Namizədə dair gözləntilər:

  • Ali texniki təhsil (Riyaziyyat, Kompüter Elmləri, Komputer mühəndisliyi üzrə bakalavr dərəcəsi);
  • Müvafiq sahədə minimum 3  il iş təcrübəsi (Bank və sığorta sahəsi üzrə arzuolunandır);
  • Konfidensiallığın qorunması;
  • Κomandada işləmək bacarığı;
  • Məsuliyyətli;
  • Şəxsi inkişafa meyilli.

Vəzifə öhdəlikləri:

  • IT İnfrasturkturun – server, iş stansiyaları, avadanlıq və proqram təminatınn fasiləsiz fəaliyyətini təşkil və təmin etmək;
  • Server və iş stansiyalarına proqram təminatının yüklənməsi və serverdə sistemin konfiqurasiya olunması;
  • Server və iş stansiyalaının proqram təminatının inteqrasiyasını təmin etmək;
  • Server avadanlıqarı və server proqram təminatına texniki xidmətin göstərilməsində, baş verən nasazlıqların aradan qaldırılmasında iştirak etmək;
  • Monitorinq və loqlamaların düzgün şəkildə aparılmasını təmin etmək,  monitorinq nəticələrinə əsasən infrastrukturun inkişafı ilə bağlı təkliflər hazırlamaq;
  • Server proqram təminatının işlək vəziyyətdə olmasını və təhlükəsizliyini təmin etmək;
  • Sistemlərə  girişlərin, sistem faylları və verilənlərə baxış və dəyişikliklərin təhlükəsizliyini təmin etmək və auditini aparmaq; 
  • Sistemlərdə təhlükəsiz işi təmin etmək: məlumatlara icazəsiz girişlərin əldə edilməsi, sistem faylları və verilənlərin baxılması və dəyişdirilməsi hallarının qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini həyata keçirmək;
  • Backup texnologiyalarını tətbiq etməklə verilənlərin etibarlı rezerv olunmasını təmin etmək;
  • İstifadəçilərin qeydiyyatının aparılması (domain controller-də), user identifikasiya və parolların təyin edilməsi;
  • Korporativ elektron poçt sisteminin təşkili və fasiləsiz fəaliyyətinin təmin olunması;
  • Server və server avadanlıqlarnın quraşdırılmasını, diaqnostikanı həyata keçirmək, baş verən nasazlıqları aradan qaldıraraq server və server proqram təminatının fəaliyyətini bərpa etmək;
  • Server və server avadanlıqlarının aktual modernizasiya məsələlərini həyata keçirmək;
  • Nasaz server və server avadanlıqlarının təmiri və yenisinin bərpası üçün aktların hazırlanması;
  • İnfrasturktur üçün texniki səndələşmənin təşkili və sistemdə edilən dəyişikliklərin qeydiyatının aparılması.
  • Tapşırıq sistemi üzrə görülən  işlərin qeydiyyatının aparılması.

Əlavə məlumat:

  • İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
  • İş yeri: Bakı şəhəri 
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (System Administrator) qeyd edərək, elektron poçt ünvanına göndərilməsi xahiş olunur.  

  • Daily2
  • Weekly424
  • Monthly1614