Namizədə dair gözləntilər və xüsusi tələblər:
- Ali təhsil ( Riyaziyyat, statistika, maliyyə, aktuar elmləri və ya oxşar sahə);
- Dil bilikləri- Azərbaycan dili səlis, İngilis dili orta səviyyədə;
- Minimum 1 il iş təcrübəsi ( sığorta və ya analitik sahə üzrə arzuolunandır) ;
- Kompüter bilikləri: MS Excel ( yüksək səviyyə ), SQL, R və ya Python ( arzuolunandır), məlumatların emalı və statistik təhlili;
- Yerli və Beynəlxalq aktuar sertifikatları üzrə imtahanların mərhələləri üstünlükdür;
- Dəqiqlik, öyrənmə qabiliyyəti, məsuliyyətlilik, analitik düşüncə, komanda ilə işləmək bacarığı.
İş haqqında məlumat:
- Sığorta növləri üzrə aktuar hesablamaların aparılması və modelləşdirmə proseslərinə dəstək göstərilməsi;
- Sığorta ehtiyatlarının hesablanması və nəticələrin təhlili prosesində iştirak etmək;
- Sığorta ehtiyatlarının adekvatlığının qiymətləndirilməsi üzrə analitik işlərin aparılmasına dəstək göstərmək;
- Hesablama metodları və istifadə olunan aktuar fərziyyələrin uyğunluğunun təhlilində iştirak etmək;
- Sığorta portfeli üzrə statistik məlumatların toplanması, emalı və ilkin analizini etmək;
- Risk və zərərlilik göstəricilərinin hesablanması və qiymətləndirilməsi prosesində iştirak etmək;
- Maliyyə sabitliyi və ödəmə qabiliyyəti üzrə analitik göstəricilərin hazırlanmasına dəstək göstərmək;
- Böyük həcmli məlumatların emalı və trend analizi işlərində iştirak etmək;
- Anderraytinq şərtləri və tarif siyasətinin təhlili üçün məlumatların hazırlanmasında dəstək göstərmək;
- Təkrarsığorta əməliyyatları üzrə analitik təhlil proseslərinə dəstək göstərmək;
- Qanunvericilik və tənzimləyici tələblərə uyğun hesablamaların icrasında iştirak etmək.
İş şərtləri:
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
- İş yeri: Bakı şəhəri, Akademik Həsən Əliyev küç 24
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq razılaşdırılacaqdır
- İmtiyazlar: Könüllü tibbi sığorta;
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Aktuari üzrə kiçik mütəxəssis) qeyd edərək, Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.