Tələb olunan bilik və bacarıqlar:
- 1C 8.3 proqramı ilə işləmə bacarığı;
- Elektron portallarda işləmək bacarığı (e-gov, emas.sosial, e-taxes və s.);
- Azərbaycan Respublikasının Əmək və Vergi Məcəllələrini yüksək səviyyədə bilməli;
- Kompyuter bilikləri: MS Office proqramında işləmək bacarığı (excel-əla);
- Dil bilikləri- azərbaycan dili-əla; Rus dili-yaxşı; ingilis dili arzuolunandır.
Namizədə dair gözləntilər:
- Ali təhsil (Maliyyə və ya mühasibatlıq üzrə);
- Müvafiq sahə üzrə ən az 2 il iş təcrübəsi;
- Məsuliyyətli və işində dəqiq;
- Komandada işləmək bacarığı;
- İşgüzarlıq, təşəbbüskarlıq.
Vəzifə öhdəlikləri:
- İşçilərin aylıq əmək haqqlarının, gəlir vergisi və sosial sığorta ayırmalarının hesablanması;
- Son haqq-hesab, bütün növ məzuniyyətlərin, xəstəlik vərəqələrinin, mükafat və s. ödənişlərin hesablanmasının və vaxtında ödənilməsinin təmin olunması;
- Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqqlarına dair əməliyyatların vaxtında və düzgün emal olunmasının təmin edilməsi;
- Qanunvericiliyinə uyğun hesabatların hazırlanması və təqdim olunması (Vahid bəyənnamə, statistika hesabatları (4-əmək, 1-əmək));
- Dövlət orqanlarına aylıq, rüblük və illik hesabatların hazırlanması və vaxtında təqdim olunması;
- Əmək haqqına dair bütün hesablamaların aparılması və hesabatların tərtib edilməsi
- Əmək haqqına dair daxil olan sorğuların cavablandırılması.
Əlavə məlumat:
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
- İş yeri: Bakı şəhəri;
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Əmək haqqı üzrə mütəxəssis) qeyd edərək, elektron poçt ünvanına göndərilməsi xahiş olunur.