Xalq Sığorta Xalq Sığorta
  • 561

Xalq Sığorta

Insurance

Risklərin idarəedilməsi üzrə aparıcı mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Risklərin idarəedilməsi üzrə aparıcı mütəxəssis

  • Deadline 19 October 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tələb olunan bilik və bacarıqlar:

  • İqtisadiyyat, Maliyyə və ya Riyaziyyat üzrə bakalavr təhsili;
  • Risklərin idarə olunması, audit üzrə minimum 2 il təcrübə;
  • Kompyuter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı;
  • Dil bilikləri: Azərbaycan və İngilis dillərində yüksək səviyyədə biliklərin olması. Rus dili bilikləri arzuolunandır;
  • Sahə üzrə tələb olunan sertifikatlar (ARM, ORM, FRM) olması üstünlükdür;

Namizədə dair gözləntilər: 

  • Təqdimat bacarıqları;
  • Komandada işləmək bacarığı;
  • Yaxşı ünsiyyət bacarığı;
  • Məntiqi və analitik düşüncə;
  • Təşəbbüskarlıq.

Vəzifə öhdəlikləri:

  • Əməliyyat risklərinin qiymətləndirilməsini və təhlilini həyata keçirmək. 
  • Aylıq əsasda risk hesabatlarını hazırlamaq;
  • Risklərin idarəedilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq;
  • Risklərin idarəedilməsi ilə bağlı metodologiyaların hazırlanmasında iştirak etmək;
  • Mütəmadi olaraq risklərin qiymətləndirilməsində iştirak etmək və nəticəsində risk xəritəsini hazırlamaq;
  • Risk limitlərinə riayət olunmasına daimi nəzarəti həyata keçirmək və pozuntular barədə dərhal məlumat vermək;
  • Risk iştahının hazırlanmasında iştirak etmək;
  • Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə Cəmiyyətin digər departamentlərindən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək;
  • İnsidentlərin idarəolunması sistemi çərçivəsində bildirilmiş insidentləri təhlil etmək, risklərin aradan qaldırılması üçün təkliflər vermək;
  • Yaradılan yeni məhsul, xidmət, proseslər, motivasiya sistemləri həmçinin mövcud məhsul,xidmət,proseslər və motivasiya sistemləri üzərində dəyişikliklər üzrə əməliyyat risklərinin müəyyən olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı rəy verilməsi;
  • Şirkətdə risk mədəniyyətinin yüksəldilməsi məqsədilə maarifləndirmə işlərində iştirak edilməsi;
  • Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar.

Əlavə məlumat:

  • İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
  • İş yeri: Bakı şəhəri; 
  • İmtiyazlar: Könüllü tibbi sığorta
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Risklərin idarəedilməsi üzrə aparıcı mütəxəssis) qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.  

  • Daily66
  • Weekly417
  • Monthly780