Tələb olunan bilik və bacarıqlar:
- İqtisadiyyat, Maliyyə və ya Riyaziyyat üzrə bakalavr təhsili;
- Risklərin idarə olunması, audit üzrə minimum 2 il təcrübə;
- Kompyuter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı;
- Dil bilikləri: Azərbaycan və İngilis dillərində yüksək səviyyədə biliklərin olması. Rus dili bilikləri arzuolunandır;
- Sahə üzrə tələb olunan sertifikatlar (ARM, ORM, FRM) olması üstünlükdür;
Namizədə dair gözləntilər:
- Təqdimat bacarıqları;
- Komandada işləmək bacarığı;
- Yaxşı ünsiyyət bacarığı;
- Məntiqi və analitik düşüncə;
- Təşəbbüskarlıq.
Vəzifə öhdəlikləri:
- Əməliyyat risklərinin qiymətləndirilməsini və təhlilini həyata keçirmək.
- Aylıq əsasda risk hesabatlarını hazırlamaq;
- Risklərin idarəedilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq;
- Risklərin idarəedilməsi ilə bağlı metodologiyaların hazırlanmasında iştirak etmək;
- Mütəmadi olaraq risklərin qiymətləndirilməsində iştirak etmək və nəticəsində risk xəritəsini hazırlamaq;
- Risk limitlərinə riayət olunmasına daimi nəzarəti həyata keçirmək və pozuntular barədə dərhal məlumat vermək;
- Risk iştahının hazırlanmasında iştirak etmək;
- Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə Cəmiyyətin digər departamentlərindən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək;
- İnsidentlərin idarəolunması sistemi çərçivəsində bildirilmiş insidentləri təhlil etmək, risklərin aradan qaldırılması üçün təkliflər vermək;
- Yaradılan yeni məhsul, xidmət, proseslər, motivasiya sistemləri həmçinin mövcud məhsul,xidmət,proseslər və motivasiya sistemləri üzərində dəyişikliklər üzrə əməliyyat risklərinin müəyyən olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı rəy verilməsi;
- Şirkətdə risk mədəniyyətinin yüksəldilməsi məqsədilə maarifləndirmə işlərində iştirak edilməsi;
- Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar.
Əlavə məlumat:
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
- İş yeri: Bakı şəhəri;
- İmtiyazlar: Könüllü tibbi sığorta
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Risklərin idarəedilməsi üzrə aparıcı mütəxəssis) qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.