İş yeri: Göygöl şəhərindədir
Əmək funksiyası:
Təchizat və tədarük proseslərinin təşkili:
- Tələb olunan məhsul və materialların vaxtında və keyfiyyətli alınmasını təmin etmək.
- Təchizatçılarla danışıqlar aparmaq, müqavilələrin bağlanılmasında iştirak etmək və onların yerinə yetirilməsinə nəzarət etmək.
- Əldə olunmuş qiymət təkliflərinin təhlil etmək və alqı-satqı proseduruna uyğun olaraq müzakirəyə çıxarılmasını təşkil etmək.
Alqı-satqı prosesinin təşkili və nəzarət:
- Müəssisənin struktur bölmələri ilə daim əlaqələr yaratmaq, onların mütamadi olaraq tələblərini öyrənmək.
- Müəssisənin tələblərinə uyğun alqı-satqı planlarının hazırlanmasında iştirak etmək.
Bazara nəzarət və təhlil:
- Bazar qiymətlərini və məhsul təkliflərini analiz etmək.
- Tədarük və satış bazarında dəyişiklikləri izləmək və uyğun təkliflər vermək.
Sənədləşmə və hesabat:
- Alqı-satqı əməliyyatları ilə bağlı sənədlərin (sifarişlər, müqavilələr, hesab-fakturalar və s.) hazırlanması və arxivləşdirilməsi.
- Hesabatların hazırlanması (aylıq, rüblük və s.).
Stok və anbarda idarəetmə ilə koordinasiya:
- Anbar ehtiyatlarının izlənilməsi və yeni məhsulların alınması üçün vaxtında sifarişin təşkili.
- Anbarla birgə işləyərək məhsulların düzgün qəbul edilməsi və yönləndirilməsinə nəzarət etmək.
Qiymətləndirmə və təkliflər:
- Qiymət təkliflərinin hazırlanması və təhlili.
- Təchizatçılar və müştərilər üçün uyğun ticari təkliflərin hazırlanması.
Tələblər:
- Müvafiq sahədə minimum 2 (iki) il iş təcrübəsi;
- Excell, outlook, 1C bilikləri;
- Kollektivlə işləmək və analitik bacarıqlar;
- Xarici dil bilikləri arzuolunandır və üstünlük təşkil edir.
İş şəraiti:
- İş qrafiki: bazar ertəsi-cümə günləri, saat 09:00 - 18:00
- Nahar fasiləsi 13:00 – 14:00, İşçilər naharla təmin olunur
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Mövzü yerinə “Alqı-satqı şöbəsinin mütəxəssisi” yazıb [email protected] və [email protected] elektron poçt ünvanlarına göndərməyiniz xahiş olunur.