İş yeri: Göygöl şəhərindədir
Təchizat fəaliyyəti:
- Xammalın (spirt, su, şəkər, konsentratlar, aromatizatorlar və s.) və ehtiyat hissələrinin satın alınmasının təşkili
- Alqı-satqı sifarişlərinin hazırlanması və icrası (dəftərxana ləvazimatları, yeməkxana-mətbəx ləvazimatları, nəqliyyat və avtomobil ehtiyyat hissələri (təkər, yağ və s.), printer, kompüter, paltar uniforma, baxil və s. alınması sifarişləri, taksi xidməti sifarişləri, üzüm bağlarında istifadə olunan dərmanlar və s., laboratoriya, təlim, qatqılar və s., təmir-tikinti işlərinin aparılması üçün ləvazimatların sifarişi, aviabiletlərin, daxili biletlərin sifarişi, ezamiyyətdə olan əməkdaşlara və qonaqlara otel rezervi, servis xidmətləri və s. işlər)
- Təchizat ehtiyaclarının istehsal planına uyğun müəyyən edilməsi
Təchizatçılarla iş:
- Təchizatçıların araşdırılması və seçilməsi
- Təchizatçılarla kommersiya danışıqlarının aparılması
- Qiymət, çatdırılma müddəti və ödəniş şərtləri üzrə razılaşmaların əldə edilməsi
- Müqavilələrin hazırlanmasında iştirak etmək və icrasına nəzarət etmək
Logistika və anbarla koordinasiya:
- Alınan malların vaxtında və düzgün çatdırılmasına nəzarət
- Anbar qalığına nəzarət və ehtiyat səviyyəsinin optimallaşdırılması
- İstehsalın fasiləsizliyini təmin etmək üçün material axınının idarə olunması
Sənədləşmə və hesabatlılıq:
- Alqı-satqı ilə bağlı sənədlərin (hesab-faktura, qaimə, müqavilə və s.) düzgün rəsmiləşdirilməsi
- Daxili hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
- Maliyyə və mühasibatlıq şöbəsi ilə koordinasiya
Keyfiyyət və uyğunluğa nəzarət:
- Alınan xammal və materialların keyfiyyət standartlarına uyğunluğunun yoxlanılması
- Qida təhlükəsizliyi və normativ tələblərə riayət olunmasına nəzarət
- Uyğunsuzluqlar aşkar edildikdə təchizatçı ilə iş aparılması
Xərclərin optimallaşdırılması:
- Alqı-satqı xərclərinin azaldılması üzrə təkliflərin hazırlanması
- Alternativ təchizat mənbələrinin araşdırılması
- Büdcəyə uyğun satınalma strategiyasının icrası
Daxili koordinasiya:
- İstehsal, keyfiyyətə nəzarət və satış şöbələri ilə sıx əməkdaşlıq
- İstehsal planında dəyişikliklərə uyğun operativ tədbirlərin görülməsi
Tələblər:
- Ali təhsil;
- Tələb olunan vəzifə üzrə minimum 2 (iki) il iş təcrübəsi;
- Xarici dil biliyi olan namizədlərə üstünlük veriləcək;
- 1C , Excel və s. kimi proqramlarda məlumat bazası ilə işləmək təcrübəsi;
İş şəraiti:
- İş qrafiki: bazar ertəsi-cümə günləri, saat 09:00 - 18:00
- Nahar fasiləsi 13:00 – 14:00, işçilər naharla təmin olunur
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
Mövzü yerinə “Alqı-satqı şöbəsinin mütəxəssisi” yazıb [email protected] və [email protected] elektron poçt ünvanlarına göndərməyiniz xahiş olunur.