Xan Xan
  • 348

Xan

Other

Alqı-satqı şöbəsinin mütəxəssisi

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Alqı-satqı şöbəsinin mütəxəssisi

  • Истекает 7 февраль 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş yeri: Göygöl şəhərindədir

Təchizat fəaliyyəti:

  • Xammalın (spirt, su, şəkər, konsentratlar, aromatizatorlar və s.) və ehtiyat hissələrinin satın alınmasının təşkili
  • Alqı-satqı sifarişlərinin hazırlanması və icrası (dəftərxana ləvazimatları, yeməkxana-mətbəx ləvazimatları, nəqliyyat və avtomobil ehtiyyat hissələri (təkər, yağ və s.), printer, kompüter, paltar uniforma, baxil və s. alınması sifarişləri, taksi xidməti sifarişləri, üzüm bağlarında istifadə olunan dərmanlar və s., laboratoriya, təlim, qatqılar və s., təmir-tikinti işlərinin aparılması üçün ləvazimatların sifarişi, aviabiletlərin, daxili biletlərin sifarişi, ezamiyyətdə olan əməkdaşlara və qonaqlara otel rezervi, servis xidmətləri və s. işlər)
  • Təchizat ehtiyaclarının istehsal planına uyğun müəyyən edilməsi

Təchizatçılarla iş:

  • Təchizatçıların araşdırılması və seçilməsi
  • Təchizatçılarla kommersiya danışıqlarının aparılması
  • Qiymət, çatdırılma müddəti və ödəniş şərtləri üzrə razılaşmaların əldə edilməsi
  • Müqavilələrin hazırlanmasında iştirak etmək və icrasına nəzarət etmək

Logistika və anbarla koordinasiya:

  • Alınan malların vaxtında və düzgün çatdırılmasına nəzarət
  • Anbar qalığına nəzarət və ehtiyat səviyyəsinin optimallaşdırılması
  • İstehsalın fasiləsizliyini təmin etmək üçün material axınının idarə olunması

Sənədləşmə və hesabatlılıq:

  • Alqı-satqı ilə bağlı sənədlərin (hesab-faktura, qaimə, müqavilə və s.) düzgün rəsmiləşdirilməsi
  • Daxili hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
  • Maliyyə və mühasibatlıq şöbəsi ilə koordinasiya

Keyfiyyət və uyğunluğa nəzarət:

  • Alınan xammal və materialların keyfiyyət standartlarına uyğunluğunun yoxlanılması
  • Qida təhlükəsizliyi və normativ tələblərə riayət olunmasına nəzarət
  • Uyğunsuzluqlar aşkar edildikdə təchizatçı ilə iş aparılması

Xərclərin optimallaşdırılması:

  • Alqı-satqı xərclərinin azaldılması üzrə təkliflərin hazırlanması
  • Alternativ təchizat mənbələrinin araşdırılması
  • Büdcəyə uyğun satınalma strategiyasının icrası

Daxili koordinasiya:

  • İstehsal, keyfiyyətə nəzarət və satış şöbələri ilə sıx əməkdaşlıq
  • İstehsal planında dəyişikliklərə uyğun operativ tədbirlərin görülməsi

Tələblər:

  • Ali təhsil;
  • Tələb olunan vəzifə üzrə minimum 2 (iki) il iş təcrübəsi;
  • Xarici dil biliyi olan namizədlərə üstünlük veriləcək;
  • 1C , Excel və s. kimi proqramlarda məlumat bazası ilə işləmək təcrübəsi;

İş şəraiti: 

  • İş qrafiki: bazar ertəsi-cümə günləri, saat 09:00 - 18:00
  • Nahar fasiləsi 13:00 – 14:00, işçilər naharla təmin olunur
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.

Mövzü yerinə “Alqı-satqı şöbəsinin mütəxəssisi” yazıb [email protected]  [email protected] elektron poçt ünvanlarına göndərməyiniz xahiş olunur.

  • Daily0
  • Weekly368
  • Monthly1799