Əmək funksiyası:
- Avtokar (elektrokar) vasitəsilə malların (içkilərin) anbar daxilində yüklənməsi, boşaldılması və rəflərə/ayrılmış zonalara yerləşdirilməsi;
- Sifariş qaimələrinə uyğun olaraq məhsulların seçilməsi və nəqliyyat vasitələrinə yüklənməsində iştirak;
- Məhsulların qablaşdırılmasına, paletlənməsinə və saxlanma qaydalarına riayət olunmasını təmin etmək;
- Avtokarın (elektrokarın) gündəlik texniki vəziyyətinə nəzarət etmək, aşkar edilən nasazlıqlar barədə rəhbərliyə məlumat vermək;
- Anbar daxilində hərəkət zamanı təhlükəsizlik qaydalarına və yol nişanlarına riayət etmək;
- Spirtli içkilərin saxlanması və daşınması ilə bağlı mövcud qanunvericilik və daxili qaydalara əməl etmək;
- Anbarın səliqəli saxlanmasına və iş prosesinin fasiləsizliyinə töhfə vermək;
- Əmək mühafizəsi, yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmək.
Tələblər:
- Avtokar (elektrokar) idarə etməsi üçün xüsusi hüquq verici sənədin (sürücülük vəsiqəsinin) mövcudluğu;
- Vəsiqədə “HT” kateqoriyasının açıq olması;
- Anbar və logistika sahəsində iş təcrübəsi;
İş şəraiti:
- İş yeri - Bakı şəhərindədir
- İş qrafiki: bazar ertəsi-cümə günləri, saat 09:00 - 18:00 (gün ərzində 8 saat, həftə ərzində 40 saat)
- Nahar fasiləsi 13:00 – 14:00
- Əmək haqqı: Namizədin iş qabiliyyəti və təcrübəsinə uyğun şəkildə müsahibə zamanı təyin ediləcək
Mövzü yerinə “Avtokar (elektrokar)” yazıb Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanlarına göndərməyiniz xahiş olunur.