Xan Xan
  • 109

Xan

Digər

Avtokar (elektrokar) sürücüsü

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Avtokar (elektrokar) sürücüsü

  • Deadline 22 Fevral 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əmək funksiyası:

  • Avtokar (elektrokar) vasitəsilə malların (içkilərin) anbar daxilində yüklənməsi, boşaldılması və rəflərə/ayrılmış zonalara yerləşdirilməsi;
  • Sifariş qaimələrinə uyğun olaraq məhsulların seçilməsi və nəqliyyat vasitələrinə yüklənməsində iştirak;
  • Məhsulların qablaşdırılmasına, paletlənməsinə və saxlanma qaydalarına riayət olunmasını təmin etmək;
  • Avtokarın (elektrokarın) gündəlik texniki vəziyyətinə nəzarət etmək, aşkar edilən nasazlıqlar barədə rəhbərliyə məlumat vermək;
  • Anbar daxilində hərəkət zamanı təhlükəsizlik qaydalarına və yol nişanlarına riayət etmək;
  • Spirtli içkilərin saxlanması və daşınması ilə bağlı mövcud qanunvericilik və daxili qaydalara əməl etmək;
  • Anbarın səliqəli saxlanmasına və iş prosesinin fasiləsizliyinə töhfə vermək;
  • Əmək mühafizəsi, yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmək.

Tələblər:

  • Avtokar (elektrokar) idarə etməsi üçün xüsusi hüquq verici sənədin (sürücülük vəsiqəsinin) mövcudluğu;
  • Vəsiqədə “HT” kateqoriyasının açıq olması;
  • Anbar və logistika sahəsində iş təcrübəsi;

İş şəraiti: 

  • İş yeri - Bakı şəhərindədir
  • İş qrafiki: bazar ertəsi-cümə günləri, saat 09:00 - 18:00 (gün ərzində 8 saat, həftə ərzində 40 saat)
  • Nahar fasiləsi 13:00 – 14:00
  • Əmək haqqı: Namizədin iş qabiliyyəti və təcrübəsinə uyğun şəkildə müsahibə zamanı təyin ediləcək

Mövzü yerinə “Avtokar (elektrokar)” yazıb Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanlarına göndərməyiniz xahiş olunur.

  • Daily104
  • Weekly368
  • Monthly1800