Xan Xan
  • 339

Xan

Digər

Kimyaçı-mühəndis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Kimyaçı-mühəndis

  • Deadline 27 Sentyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri: Göygöl şəhərindədir

Əmək funksiyası:

  • İstehsal prosesinə nəzarət etmək (araq, şərab və konyak istehsalının monitorinqi).
  • İstehsalda istifadə olunan materiallara giriş nəzarətini həyata keçirmək (şüşə qablar, qapaqlar, etiketlər, büzməli qutular və s.).
  • Xammala giriş nəzarətini təmin etmək (kömür, şəkər, bal, bitki xammalı və s.).
  • Xammal və köməkçi materiallardan nümunələr götürmək və laboratoriyaya təqdim etmək.
  • Laboratoriya müdirinin rəhbərliyi altında normativ sənədlərin tələblərinə uyğun olaraq konyak və konyak distillatlarının laboratoriya tədqiqatlarını vaxtında və səmərəli aparmaq.
  • Sınaqlar zamanı müşahidələri və nəticələri dəqiq və aydın şəkildə sənədləşdirmək.
  • Keyfiyyət proseduralarına riayət etmək, yaranan qeydləri tam və səliqəli formada aparmaq.
  • Avadanlıqlardan düzgün istifadə etmək, onların yoxlanılması, kalibrlənməsi və dövri qulluq qaydalarına əməl olunmasını təmin etmək, bu barədə qeydləri aparmaq.
  • İş prosesi ərzində yaranan hər hansı uyğunsuzluq barədə laboratoriya rəhbərini dərhal məlumatlandırmaq.
  • Laboratoriya rəhbərinin tapşırığı əsasında nümunələrin götürülməsi və laboratoriyaya təqdim olunmasını həyata keçirmək.
  • Tədqiqat metodikasına uyğun olaraq laboratoriya ləvazimatlarının və qablarının hazırlanmasını (yuyulma və s.) təmin etmək.
  • Rəhbərliyin tapşırığı əsasında müvafiq sənədləri hazırlamaq.
  • Daxili nizamnamə və əmək müqaviləsi ilə müəyyən edilmiş şərtləri və öhdəlikləri vaxtında və səmərəli şəkildə yerinə yetirmək.

Tələblər:

  • Kimya laboratoriyasında minimum 3 (üç) il iş təcrübəsi;
  • Ali təhsil (təhsil proqramında ən azı 250 saat kimya fənni üzrə);
  • Kompüter bilikləri (MS Office proqramları ilə işləmə bacarığı);
  • Laboratoriya avadanlıqlarından istifadə, onların kalibrlənməsi və texniki qulluq qaydaları üzrə biliklər;
  • Qida təhlükəsizliyi, keyfiyyət standartları (ISO, HACCP və s.) barədə ilkin biliklərin olması arzuolunandır və üstünlük təşkil edir;
  • Məsuliyyətlilik, dəqiqlik və komandada işləmə bacarığı.

İş şəraiti: 

  • İş qrafiki: bazar ertəsi-cümə günləri, saat 09:00 - 18:00
  • Nahar fasiləsi 13:00 – 14:00, İşçilər naharla təmin olunur
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

Mövzü yerinə “Kimyaçı-mühəndis” yazıb [email protected]  [email protected] elektron poçt ünvanlarına göndərməyiniz xahiş olunur.

  • Daily14
  • Weekly389
  • Monthly2223