Xan Xan
  • 1.3K

Xan

Digər

Texnoloq köməkçisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Texnoloq köməkçisi

  • Deadline 20 Dekabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri Göygöl şəhərindədir

Əmək funksiyası

Texnoloji proseslərin icrasında iştirak

  • Konyak spirti istehsalının bütün texnoloji mərhələlərində (mayalanma, distillə, fraksiyalaşdırma, çəlləklərdə yetişdirmə) texnoloqa yardım etmək.
  • Distillə aparatlarının iş parametrlərini (temperatur, təzyiq, axın sürəti) nəzarətdə saxlamaq və texnoloqa məlumat vermək.
  • Xammalın qəbulu və ilkin emalı zamanı texnoloji tələblərə uyğunluğun yoxlanılmasında iştirak.

Keyfiyyətə nəzarət və analizlərdə iştirak

  • Mayalanma prosesində şəkər, turşuluq, temperatur və digər göstəricilərin ölçülməsində iştirak etmək.
  • Distillatın fraksiyalarının düzgün ayrılmasına nəzarətə dəstək (baş, əsas, quyruq hissələri).
  • Yetişmə mərhələsində konyak spirti nümunələrinin rəng, aroma və dad analizinə hazırlığı həyata keçirmək.

Avadanlıqlara nəzarət və texniki təhlükəsizlik

  • Distillə aparatları, çənlər, çəllək anbarları və digər avadanlıqların səliqəli və təhlükəsiz işlədilməsinə nəzarətdə texnoloqa yardım.
  • Avadanlıqların texniki nasazlıqlarını ilkin aşkar etmək və texnoloqa/ mexanikə məlumat vermək.
  • Sanitar-gigiyena və təhlükəsizlik qaydalarına uyğunluğun təmin edilməsində iştirak.

Yetişdirmə (ekstraksiya və oksidləşmə) proseslərinə dəstək

  • Konyak spirtinin çəlləklərdə yerləşdirilməsi və rotasiyası zamanı texnoloqa yardım.
  • Çəlləklərin vəziyyətinin (rütubət, temperatur, tökülmə riski, çəllək səthlərinin bütövlüyü) gündəlik yoxlanmasında iştirak.
  • Yetişmə müddətinə uyğun olaraq nümunə götürmək və qeydiyyat aparmaq.

Sənədləşmə və hesabatlar

  • Texnoloji jurnalların (temperatur, distillə vaxtı, fraksiya həcm və s.) doldurulmasına kömək etmək.
  • Laboratoriya nəticələrinin qeydiyyatı və texnoloqa təqdim edilməsi.
  • Gündəlik istehsal məlumatlarını toplamaq və sistemləşdirmək.

Xammal və materialların idarə olunması

  • Üzüm şirəsi, maya, su, texniki vasitələr və çəlləklərin uçotunda texnoloqa kömək.
  • Material ehtiyaclarını izləyərək texnoloqa məlumat vermək.

İstehsalat intizamının qorunması

  • İstehsalat sahəsində qayda və prosedurların işçilər tərəfindən yerinə yetirilməsinə nəzarətdə iştirak.
  • İş mühitinin təmizliyinin və səliqəsinin təmin edilməsinə dəstək göstərmək.

Təlim və inkişaf

  • Yeni işçilərin təcrübədən keçirilməsində texnoloqa yardım.
  • Yeni texnoloji metodlar, avadanlıqlar və keyfiyyət standartları üzrə öyrənmə prosesində aktiv iştirak.

Tələblər:

  • Ali təhsil;
  • Qeyd olunan sahə üzrə minimum 1 ildən az olmayaraq iş stajı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik, stresə davamlılıq, sürətli qərar qəbuletmə bacarığına sahib olmaq;

İş şəraiti: 

  • İş qrafiki: bazar ertəsi-şənbə günləri, saat 09:00 - 18:00
  • Nahar fasiləsi 13:00 – 14:00 (işçilər naharla təmin edilir)
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

Mövzü yerinə “Texnoloq köməkçisi” yazıb [email protected] və [email protected] elektron poçt ünvanlarına göndərməyiniz xahiş olunur.

  • Daily101
  • Weekly202
  • Monthly1381