XDR AGENCY komandası üçün təcrübəli B2B Satış Mütəxəssisi axtarır.
İş şəraiti
- İş yeri: Sumqayıt (Ofis daxili / Hibrid)
- Əmək haqqı: Müsahibə əsasında + Bonus
Vəzifə öhdəlikləri
- Korporativ müştərilərin cəlb edilməsi və aktiv satışların həyata keçirilməsi
- Potensial müştərilərlə görüşlərin və təqdimatların təşkili
- Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi
- Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun həllərin təklif olunması
- Satış planının icrası və nəticələrin hesabatlandırılması
- Uzunmüddətli müştəri münasibətlərinin qurulması
Tələblər
- B2B satış sahəsində minimum 2 il iş təcrübəsi (mütləqdir)
- Satış və danışıqlar aparmaq bacarığı
- Korporativ müştərilərlə işləmək təcrübəsi
- Azərbaycan dilində səlis danışıq, rus dili üstünlükdür
- Nəticəyönümlü və məsuliyyətli olmaq
- Ofis proqramlarında işləmək bacarığı
Təklif edirik
- Sabit əmək haqqı və yüksək bonus sistemi
- Karyera inkişafı imkanları
- Peşəkar və inkişaf yönümlü komanda
- İşin nəticələrinə uyğun olaraq həftənin müəyyən günlərində evdən (remote) işləmək imkanı
- Rahat və müasir ofis şəraiti
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər. Mövzu hissəsində "B2B Satış Mütəxəssisi" qeyd olunmalıdır.
Müraciət linki - https://www.xdragency.az/careers