Tədris komandamıza Alman dilini yüksək səviyyədə bilən, öz sahəsində peşəkar və nəticəyönümlü Alman dili müəllimi axtarırıq.
Namizədə əsas tələblər:
- Alman dili biliyinin yüksək səviyyədə olması
- Qrammatika, danışıq, yazı, oxu və dinləmə bacarıqlarının peşəkar səviyyədə tədrisi
- Xaricdə universitet təhsili üçün tələb olunan TestDaF, DSH, telc, Goethe-Zertifikat və digər Alman dili imtahanlarına hazırlıq keçmək bacarığı
- Tələbələri A1–C1 səviyyələri üzrə sistemli şəkildə hazırlamaq
- Fərdi və qrup dərslərini effektiv təşkil etmək
- Müasir və nəticəyönümlü tədris metodlarından istifadə etmək
- Məsuliyyətli, punktual və peşəkar iş yanaşmasına sahib olmaq
- Müvafiq sahədə müəllimlik təcrübəsinin olması üstünlükdür
Vəzifə öhdəlikləri:
- Alman dili üzrə fərdi və qrup dərslərinin keçirilməsi
- Tələbələrin mövcud səviyyəsinin müəyyənləşdirilməsi və məqsədlərinə uyğun tədris planının hazırlanması
- Universitet qəbulu və təhsil məqsədilə tələb olunan Alman dili sertifikat imtahanlarına hazırlığın aparılması
- Tələbələrin inkişafının və imtahan hazırlığının mütəmadi izlənilməsi
- Keyfiyyətli və nəticəyönümlü tədrisin təmin edilməsi
Əməkhaqqı: Razılaşma yolu ilə müəyyən edilir.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız Alman dili biliyi yüksək səviyyədə olan və tədris prosesinə peşəkar yanaşan namizədlərin müraciət etməsi xahiş olunur.