Alman dili müəllimi

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Alman dili müəllimi

  • Истекает 10 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Tədris komandamıza Alman dilini yüksək səviyyədə bilən, öz sahəsində peşəkar və nəticəyönümlü Alman dili müəllimi axtarırıq.

Namizədə əsas tələblər:

  • Alman dili biliyinin yüksək səviyyədə olması
  • Qrammatika, danışıq, yazı, oxu və dinləmə bacarıqlarının peşəkar səviyyədə tədrisi
  • Xaricdə universitet təhsili üçün tələb olunan TestDaF, DSH, telc, Goethe-Zertifikat və digər Alman dili imtahanlarına hazırlıq keçmək bacarığı
  • Tələbələri A1–C1 səviyyələri üzrə sistemli şəkildə hazırlamaq
  • Fərdi və qrup dərslərini effektiv təşkil etmək
  • Müasir və nəticəyönümlü tədris metodlarından istifadə etmək
  • Məsuliyyətli, punktual və peşəkar iş yanaşmasına sahib olmaq
  • Müvafiq sahədə müəllimlik təcrübəsinin olması üstünlükdür

Vəzifə öhdəlikləri:

  • Alman dili üzrə fərdi və qrup dərslərinin keçirilməsi
  • Tələbələrin mövcud səviyyəsinin müəyyənləşdirilməsi və məqsədlərinə uyğun tədris planının hazırlanması
  • Universitet qəbulu və təhsil məqsədilə tələb olunan Alman dili sertifikat imtahanlarına hazırlığın aparılması
  • Tələbələrin inkişafının və imtahan hazırlığının mütəmadi izlənilməsi
  • Keyfiyyətli və nəticəyönümlü tədrisin təmin edilməsi

Əməkhaqqı: Razılaşma yolu ilə müəyyən edilir.

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Yalnız Alman dili biliyi yüksək səviyyədə olan və tədris prosesinə peşəkar yanaşan namizədlərin müraciət etməsi xahiş olunur.

  • Daily8
  • Weekly615
  • Monthly1091