Vakansiya barədə məlumat:
- Xaricdə təhsil almaq istəyən tələbələrə konsultasiyaların keçirilməsi, tələbələrin akademik göstəricilərinə əsasən düzgün istiqamətləndirilməsi, universitet və proqram seçimi üzrə yönləndirmənin aparılması.
- Eyni zamanda daxil olan zənglərin cavablandırılması, müştəri bazasında olan nömrələrlə bir-bir əlaqənin yaradılması, satış qiymətləri haqqında müştərilərin məlumatlandırılması və satışların həyata keçirilməsi vakansiyanın əsas vəzifələrinə daxildir.
İş qrafiki:
- Həftədə 6 gün
- Saat: 11:00 – 19:00
Namizəddən tələblər:
- Ali təhsil
- Xaricdə təhsil sektorunda minimum 6 aylıq iş təcrübəsi( təcrübə yoxdursa, iş öyrədilir)
- Yüksək satış və ünsiyyət bacarıqları
- Məsuliyyətlilik və nəticəyönümlülük
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.