Caspian Environmental Laboratory (CEL) (Xəzər Ekoloji Laboratoriyası MMC) laboratoriya xidmətləri üzrə komandamıza yeni namizədlər axtarır.
Əsas tələb: Namizədin laboratoriya avadanlıqları, laboratoriya analizləri və ya laboratoriya xidmətləri sahəsində iş təcrübəsi olmalıdır. Sırf ümumi satış təcrübəsi kifayət deyil.
Vəzifə öhdəlikləri:
- Yeni korporativ müştərilərin axtarılması və əlaqələrin qurulması
- Laboratoriya analizləri və xidmətlərinin təqdim edilməsi
- Müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun xidmətlərin təklif olunması
- Kommersiya təkliflərinin hazırlanması və təqibi
- Mövcud müştərilərlə əlaqələrin inkişaf etdirilməsi
- Görüşlərin təşkili və müştəri ziyarətləri
- Satış prosesinin ilkin mərhələsindən müqaviləyə qədər izlənilməsi
Namizədə tələblər:
- Laboratoriya, laboratoriya avadanlıqları, analiz xidmətləri və ya əlaqəli sahədə praktiki iş təcrübəsi
- B2B satış və müştəri ilə ünsiyyət bacarığı
- Laboratoriya terminologiyasını və əsas analiz istiqamətlərini başa düşmək
- Aktiv müştəri axtarışı və satış bacarığı
- Azərbaycan dili — əla səviyyədə
- İngilis və/və ya rus dili — üstünlükdür
- Kompüter proqramlarından istifadə bacarığı
- Səliqəli, ünsiyyətcil və nəticəyönümlü olmaq
- Bakı daxilində müştərilərlə görüşlərə getməyə hazır olmaq
Biz nə təklif edirik:
- Sabit əmək haqqı + satış nəticələrinə əsaslanan bonus sistemi
- Laboratoriya və peşəkar mühitdə inkişaf imkanı
- Mövcud müştəri bazası və şirkətin dəstəyi
- İş qrafiki: 5 günlük, 10:00–17:00
- Əməkhaqqı 800 Azn
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.