Əsas vəzifə öhdəlikləri:
- Şirkətin layihələr və şöbələr üzrə xərclərinin izlənməsi və təhlili
- Aylıq, rüblük və illik xərclər hesabatlarının hazırlanması
- Layihə büdcələrinin idarə olunması və təsdiqlənmiş limitlərin icrasına nəzarət
- Maliyyə şöbəsi və digər şöbələrlə məlumatların dəqiqləşdirilməsi üçün əməkdaşlıq
- Faktiki xərclərin plan göstəricilərindən sapmasının təhlili və tövsiyələrin hazırlanması
- Partnyorlarla kommersiya şərtlərinə riayət olunmasının yoxlanması və izlənməsi
- Partnyorlara ödənişlərin izlənməsi və büdcə planlarına uyğunluğunun qiymətləndirilməsi
- Marketinq dəstəyinin effektivliyinin təhlili və marjinallıq/gəlirlilik hədəflərinə çatmaq üçün optimal maliyyələşdirmə tövsiyələrinin hazırlanması
- Xərclərin uçotu və planlaşdırılması proseslərinin optimallaşdırılmasında iştirak
Tələblər:
- Maliyyə, iqtisadiyyat və ya əlaqədar sahələrdə ali təhsil
- Cost Control və ya oxşar vəzifədə ən azı 2 illik iş təcrübəsi
- Analitik düşüncə və detallara diqqət
- Excel və maliyyə sistemlərində sərbəst işləmə bacarığı
- İngilis dili bilikləri üstünlükdür
- Komanda ilə işləmə və müddətlərə riayət bacarığı
İş şərtləri:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi işə qəbul
- Rəqabətqabiliyyətli əmək haqqı (müsahibə zamanı müzakirə olunur)
Uyğun namizədlər öz CV fayllarını mailin başlığına CCS qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə yollaya bilərlər