Xərclərin Nəzarəti üzrə Mütəxəssis (Cost Control Specialist)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Xərclərin Nəzarəti üzrə Mütəxəssis (Cost Control Specialist)

  • Истекает 8 март 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Əsas vəzifə öhdəlikləri:

  • Şirkətin layihələr və şöbələr üzrə xərclərinin izlənməsi və təhlili
  • Aylıq, rüblük və illik xərclər hesabatlarının hazırlanması
  • Layihə büdcələrinin idarə olunması və təsdiqlənmiş limitlərin icrasına nəzarət
  • Maliyyə şöbəsi və digər şöbələrlə məlumatların dəqiqləşdirilməsi üçün əməkdaşlıq
  • Faktiki xərclərin plan göstəricilərindən sapmasının təhlili və tövsiyələrin hazırlanması
  • Partnyorlarla kommersiya şərtlərinə riayət olunmasının yoxlanması və izlənməsi
  • Partnyorlara ödənişlərin izlənməsi və büdcə planlarına uyğunluğunun qiymətləndirilməsi
  • Marketinq dəstəyinin effektivliyinin təhlili və marjinallıq/gəlirlilik hədəflərinə çatmaq üçün optimal maliyyələşdirmə tövsiyələrinin hazırlanması
  • Xərclərin uçotu və planlaşdırılması proseslərinin optimallaşdırılmasında iştirak

Tələblər:

  • Maliyyə, iqtisadiyyat və ya əlaqədar sahələrdə ali təhsil
  • Cost Control və ya oxşar vəzifədə ən azı 2 illik iş təcrübəsi
  • Analitik düşüncə və detallara diqqət
  • Excel və maliyyə sistemlərində sərbəst işləmə bacarığı
  • İngilis dili bilikləri üstünlükdür
  • Komanda ilə işləmə və müddətlərə riayət bacarığı

İş şərtləri:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi işə qəbul
  • Rəqabətqabiliyyətli əmək haqqı (müsahibə zamanı müzakirə olunur)

Uyğun namizədlər öz CV fayllarını mailin başlığına CCS qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə yollaya bilərlər 

  • Daily82
  • Weekly82
  • Monthly769