Vəzifə öhdəlikləri
- Şirkətin uzunmüddətli marketinq və brend strategiyasının hazırlanması və icrasına rəhbərlik etmək;
- Premium brend strategiyasının formalaşdırılması və istehlakçı təcrübəsinin inkişaf etdirilməsi;
- Süd və süd məhsulları kateqoriyası üzrə bazar araşdırmaları, istehlakçı davranışları və rəqib analizlərini həyata keçirmək;
- Şirkətin məhsul kateqoriyaları üzrə inkişaf strategiyasının hazırlanması və həyata keçirilməsi;
- Məhsul portfelinin inkişafı, yeni məhsulların dizaynı, bazara çıxarılması və mövqeləndirilməsi proseslərini idarə etmək;
- Marketinq büdcəsinin hazırlanması və idarə olunması;
- Satış komandası ilə sıx əməkdaşlıq edərək satış hədəflərinin reallaşdırılmasına dəstək vermək;
- Müştəri loyallığının artırılmasına yönəlmiş təşəbbüslərin hazırlanması və idarə edilməsi;
- Brend göstəricilərini və bazar dinamikasını müntəzəm təhlil edərək rəhbərliyə hesabatlar təqdim etmək.
- Bazar payının artırılması məqsədilə yeni satış və təşviq imkanlarının müəyyənləşdirilməsi;
- Satış komandasının fəaliyyətinin təşkili, inkişafı və performansının qiymətləndirilməsi;
Namizədə tələblər
- Marketinq, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
- FMCG sektorunda, üstünlük olaraq qida və ya süd məhsulları sahəsində minimum 5 il iş təcrübəsi;
- Brend idarəçiliyi və məhsul marketinqi sahəsində uğurlu layihələr üzrə təcrübə;
- Marketinq strategiyalarının hazırlanması və icrasında praktiki biliklər;
- Güclü analitik və strateji düşünmə qabiliyyəti;
- Liderlik, komanda idarəetməsi və effektiv ünsiyyət bacarıqları;
- Azərbaycan və rus dilində mükəmməl danışıq, ingilis dili biliyi üstünlük hesab olunur;
- MS Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı.
- Xanım namizəd
Təklif edirik
- Bazar səviyyəsinə uyğun rəqabətli əməkhaqqı və motivasiya sistemi;
- Böyüməkdə olan premium qida brendinin inkişafında iştirak etmək imkanı;
- Nahar şirkət tərəfindən təmin edilir
- Ünvan: Binəqədi yolu 100
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu yerinə “Brend menecer” yazaraq göndərmələri xahiş olunur.
Əlaqə 055 293 13 39