Vəzifə öhdəlikləri:
- Çörək və un məmulatlarının istehsal prosesinin tam idarə olunması və nəzarəti
- İstehsalın bütün mərhələlərində (xammal qəbulu, yoğurma, mayalanma, bişirmə və qablaşdırma) texnoloji ardıcıllığın təmin edilməsi
- Yeni məhsul növlərinin hazırlanması, reseptlərin işlənib hazırlanması və tətbiqi
- Mövcud reseptlərin təkmilləşdirilməsi və məhsul keyfiyyətinin artırılması
- İstehsal gücünün optimallaşdırılması və itkilərin minimuma endirilməsi üçün təkliflərin hazırlanması
- Xammalın (un, maya, qatqılar və s.) keyfiyyətinə nəzarət və uyğunluğun yoxlanılması
- Hazır məhsulun keyfiyyət standartlarına uyğunluğunun yoxlanılması və qiymətləndirilməsi
- İstehsalat avadanlıqlarının düzgün istifadəsinə və texniki vəziyyətinə nəzarət
- Sanitariya, gigiyena və təhlükəsizlik qaydalarına əməl olunmasının təmin edilməsi
- Gündəlik istehsalat göstəricilərinin təhlili və rəhbərliyə hesabatların təqdim edilməsi
- Müştəri tələblərinə uyğun məhsul hazırlanması üçün istehsalat prosesində dəyişikliklərin edilməsi
Tələblər:
- Qida mühəndisliyi və ya uyğun sahə üzrə ali təhsil
- Çörək istehsalı sahəsində minimum 5 il iş təcrübəsi
- Texnoloji proseslər və reseptura bilikləri
- Məsuliyyətli, diqqətli və komanda ilə işləmə bacarığı
- Sanitariya normaları barədə məlumatlı olmaq
Digər Məlumatlar:
- İş qrafiki: 6 günlük
- Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək
- Ünvan: Binəqədi yolu 100
- Nahar şirkət tərəfindən təmin edilir
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına mövzu yerinə “ Çörək üzrə texnoloq” yazaraq göndərmələri xahiş olunur.
Əlaqə nömrəsi: +994552931339