Çörək üzrə texnoloq

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Çörək üzrə texnoloq

  • Истекает 18 апрель 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Çörək və un məmulatlarının istehsal prosesinin tam idarə olunması və nəzarəti
  • İstehsalın bütün mərhələlərində (xammal qəbulu, yoğurma, mayalanma, bişirmə və qablaşdırma) texnoloji ardıcıllığın təmin edilməsi
  • Yeni məhsul növlərinin hazırlanması, reseptlərin işlənib hazırlanması və tətbiqi
  • Mövcud reseptlərin təkmilləşdirilməsi və məhsul keyfiyyətinin artırılması
  • İstehsal gücünün optimallaşdırılması və itkilərin minimuma endirilməsi üçün təkliflərin hazırlanması
  • Xammalın (un, maya, qatqılar və s.) keyfiyyətinə nəzarət və uyğunluğun yoxlanılması
  • Hazır məhsulun keyfiyyət standartlarına uyğunluğunun yoxlanılması və qiymətləndirilməsi
  • İstehsalat avadanlıqlarının düzgün istifadəsinə və texniki vəziyyətinə nəzarət
  • Sanitariya, gigiyena və təhlükəsizlik qaydalarına əməl olunmasının təmin edilməsi
  • Gündəlik istehsalat göstəricilərinin təhlili və rəhbərliyə hesabatların təqdim edilməsi
  • Müştəri tələblərinə uyğun məhsul hazırlanması üçün istehsalat prosesində dəyişikliklərin edilməsi

Tələblər:

  • Qida mühəndisliyi və ya uyğun sahə üzrə ali təhsil
  • Çörək istehsalı sahəsində minimum 5 il iş təcrübəsi
  • Texnoloji proseslər və reseptura bilikləri
  • Məsuliyyətli, diqqətli və komanda ilə işləmə bacarığı
  • Sanitariya normaları barədə məlumatlı olmaq

Digər Məlumatlar:

  • İş qrafiki: 6 günlük
  • Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək
  • Ünvan: Binəqədi yolu 100
  • Nahar şirkət tərəfindən təmin edilir

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına mövzu yerinə “ Çörək üzrə texnoloq” yazaraq göndərmələri xahiş olunur. 

Əlaqə nömrəsi: +994552931339

  • Daily0
  • Weekly341
  • Monthly1471