Daxili nəzarət üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Daxili nəzarət üzrə mütəxəssis

  • Deadline 11 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifə və öhdəliklər:

  • Şirkətinin filial, anbar, istehsalat və digər sahələrində daxili nəzarət prosedurlarını həyata keçirmək;
  • Ərazilərdə fəaliyyət göstərən merçandayzerlərin işinə nəzarət etmək və "check-list" (yoxlama vərəqəsi) əsasında yoxlamalar aparmaq;
  • Satış şəbəkələri  və borclular ilə mütəmadi qarşılıqlı üzləşmələr həyata keçirmək, hesablaşmaların düzgünlüyünü yoxlamaq;
  • Satınalma, anbar, logistika, yanacaq, material və digər əməliyyatların şirkətin təsdiq edilmiş qaydalarına uyğunluğunu yoxlamaq;
  • Material ehtiyatları, texnika, yanacaq və digər aktivlərin təyinatı üzrə istifadəsinə və qorunmasına nəzarət etmək;
  • Dövri inventarizasiya və sayımlarda iştirak etmək, yaranan uyğunsuzluqları araşdırmaq;
  • Potensial saxtakarlıq, mənimsəmə və digər pozuntu əlamətlərini müəyyən edərək rəhbərliyə məlumat vermək;
  • Daxili nəzarət fəaliyyətlərinə dair dövri hesabatlar hazırlamaq.

Tələblər

  • İqtisadiyyat, Maliyyə və ya Hüquq üzrə ali təhsil;
  • Daxili Audit, Risklərin İdarə edilməsi, Daxili Nəzarət, Maliyyə və ya Mühasibatlıq sahəsində 1-3 il iş təcrübəsi (FMCG, satış və ya istehsalat sahəsində təcrübə üstünlükdür);
  • Sahə üzrə arzu olunan sertifikatlar (ACCA, PMS və s.);
  • Rus və İngilis dilləri arzuolunandır;
  • Biznes proseslərin təşkili və strukturu üzrə biliklər;
  • Riskin idarə edilməsi, nəzarət mexanizmləri və müasir nəzarət strukturları barədə nəzəri və praktiki biliklər;
  • 1C Microsoft Office (xüsusilə Excel) və müvafiq uçot proqramlarında işləmə bacarığı;
  • Strateji düşüncə və uzunmüddətli planlama bacarığı;
  • Yeni sistemlərin tətbiqi zamanı komandanı uyğunlaşdırmaq və dəyişiklikləri effektiv idarə etmək bacarığı;
  • Məlumatların təhlili, üzləşmələrin aparılması və hesabatların hazırlanması üzrə yüksək bacarıqlar;
  • Müxtəlif departamentlərlə (satış, anbar, mühasibatlıq və s.) effektiv əməkdaşlıq bacarıqları;

Digər Məlumatlar:

  • İş qrafiki: 6 günlük
  • Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək
  • Ünvan: Binəqədi yolu 100
  • Nahar şirkət tərəfindən təmin edilir

CV-lərinizi vakansiyanın adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

  • Daily0
  • Weekly607
  • Monthly1083