Vəzifə öhdəlikləri
- Şirkətin mövcud vakansiyaları üzrə uyğun namizədlərin aktiv axtarışının həyata keçirilməsi;
- Müxtəlif işə qəbul platformaları və sosial şəbəkələr vasitəsilə namizədlərin cəlb edilməsi;
- İş elanlarının hazırlanması, yerləşdirilməsi və yenilənməsi;
- Daxil olan CV-lərin təhlili, namizədlərin ilkin seçimi və qiymətləndirilməsi;
- Namizədlərlə telefon və üzbəüz müsahibələrin müstəqil şəkildə keçirilməsi;
- Namizədlərin bilik, bacarıq, təcrübə və şəxsi keyfiyyətlərinin qiymətləndirilməsi;
- Müsahibə nəticələrinin təhlili və rəhbərliyə təqdim edilməsi;
- Vakansiyaların müəyyən olunmuş müddətdə bağlanmasının təmin edilməsi;
- Namizədlərlə mütəmadi əlaqənin saxlanılması və namizəd bazasının formalaşdırılması;
- İşə qəbul prosesinin bütün mərhələlərinin nəzarətdə saxlanılması.
- İşçilərin işə qəbulu, vəzifə dəyişikliyi və işdən ayrılması ilə bağlı sənədləşmə proseslərinin aparılmasına dəstək;
- Əməkdaşların davamiyyət, məzuniyyət və iş qrafiklərinin izlənilməsi;
- Əməkdaşlarla bağlı gündəlik HR məsələlərinin həllində iştirak;
- HR Menecerinin gündəlik işlərinin koordinasiyası və digər tapşırıqlarının yerinə yetirilməsi.
- HR Menecerinin işdə olmadığı müddətdə onun vəzifə və funksiyalarını müvəqqəti olaraq icra etmək;
Tələblər
- HR sahəsində minimum 2 il iş təcrübəsi;
- Recruitment sahəsində real və praktiki iş təcrübəsi;
- İşçi axtarışı, namizədlərin seçilməsi və müsahibələrin aparılması üzrə peşəkar bacarıqlar;
- Rus dilini sərbəst bilmək mütləqdir;
- Azərbaycan dilində yüksək səviyyədə ünsiyyət bacarığı;
- MS Office, xüsusilə 1C proqramı ilə işləmək bacarığı;
- Kadr sənədləşməsi və HR əməliyyatları haqqında biliklər;
- Güclü kommunikasiya, təşkilatçılıq və problem həll etmə bacarığı;
- Eyni anda bir neçə vakansiya üzrə işləmək və prioritetləri düzgün müəyyənləşdirmək bacarığı;
- Məsuliyyətli, diqqətli, operativ və nəticəyönümlü olmaq;
- Xanim namizəd
- Yaş həddi: 27-45
Digər məlumatlar:
- İş yeri: Binəqədi yolu 100
- İş qrafiki: Həftədə 6 gün
- Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək
- Nahar şirkət tərəfindən təmin edilir
CV-lərinizi vakansiyanın adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Əlaqə 0552931339