HR menecer köməkçisi

  • Истекает 28 декабрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri

  • Şirkətin mövcud vakansiyaları üzrə uyğun namizədlərin aktiv axtarışının həyata keçirilməsi;
  • Müxtəlif işə qəbul platformaları və sosial şəbəkələr vasitəsilə namizədlərin cəlb edilməsi;
  • İş elanlarının hazırlanması, yerləşdirilməsi və yenilənməsi;
  • Daxil olan CV-lərin təhlili, namizədlərin ilkin seçimi və qiymətləndirilməsi;
  • Namizədlərlə telefon və üzbəüz müsahibələrin müstəqil şəkildə keçirilməsi;
  • Namizədlərin bilik, bacarıq, təcrübə və şəxsi keyfiyyətlərinin qiymətləndirilməsi;
  • Müsahibə nəticələrinin təhlili və rəhbərliyə təqdim edilməsi;
  • Vakansiyaların müəyyən olunmuş müddətdə bağlanmasının təmin edilməsi;
  • Namizədlərlə mütəmadi əlaqənin saxlanılması və namizəd bazasının formalaşdırılması;
  • İşə qəbul prosesinin bütün mərhələlərinin nəzarətdə saxlanılması.
  • İşçilərin işə qəbulu, vəzifə dəyişikliyi və işdən ayrılması ilə bağlı sənədləşmə proseslərinin aparılmasına dəstək;
  • Əməkdaşların davamiyyət, məzuniyyət və iş qrafiklərinin izlənilməsi;
  • Əməkdaşlarla bağlı gündəlik HR məsələlərinin həllində iştirak;
  • HR Menecerinin gündəlik işlərinin koordinasiyası və digər tapşırıqlarının yerinə yetirilməsi.
  • HR Menecerinin işdə olmadığı müddətdə onun vəzifə və funksiyalarını müvəqqəti olaraq icra etmək;

Tələblər

  • HR sahəsində minimum 2 il iş təcrübəsi;
  • Recruitment sahəsində real və praktiki iş təcrübəsi;
  • İşçi axtarışı, namizədlərin seçilməsi və müsahibələrin aparılması üzrə peşəkar bacarıqlar;
  • Rus dilini sərbəst bilmək mütləqdir;
  • Azərbaycan dilində yüksək səviyyədə ünsiyyət bacarığı;
  • MS Office, xüsusilə 1C proqramı ilə işləmək bacarığı;
  • Kadr sənədləşməsi və HR əməliyyatları haqqında biliklər;
  • Güclü kommunikasiya, təşkilatçılıq və problem həll etmə bacarığı;
  • Eyni anda bir neçə vakansiya üzrə işləmək və prioritetləri düzgün müəyyənləşdirmək bacarığı;
  • Məsuliyyətli, diqqətli, operativ və nəticəyönümlü olmaq;
  • Xanim namizəd
  • Yaş həddi: 27-45

Digər məlumatlar:

  • İş yeri: Binəqədi yolu 100
  • İş qrafiki: Həftədə 6 gün
  • Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək
  • Nahar şirkət tərəfindən təmin edilir

CV-lərinizi vakansiyanın adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Əlaqə 0552931339

  • Daily6
  • Weekly483
  • Monthly1947