Xırman Xırman
  • 725

Xırman

Other

İstehsal üzrə mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İstehsal üzrə mühasib

  • Deadline 18 December 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • İstehsalat prosesləri üzrə xərclərin uçotunun aparılması və məhsulun maya dəyərinin hesablanması; 
  • İstehsal olunan məhsulların mədaxil və məxaric sənədlərinin düzgün tərtibi və sistemə daxil edilməsi; 
  • Materialların, xammalın, yarımfabrikatların və hazır məhsulların uçotunun aparılması; 
  • Anbar qalığının, material dövriyyəsinin və istehsalata buraxılmış ehtiyatların analizinin aparılması; 
  • Müəssisədaxili istehsalat əməliyyatlarının (sifarişlər, mərhələlər, buraxılışlar) 1C proqramında düzgün qeydiyyatı; 
  • Aylıq istehsalat hesabatlarının və daxili maliyyə hesabatlarının hazırlanması;
  • Müştərilərdən daxil olan sifarişlərin uçotunun aparılması, satış sənədlərinin düzgün və vaxtında rəsmiləşdirilməsinin təmin edilməsi;
  • Anbara daxil olan malların və materialların ilkin sənədlər əsasında qəbulunun və sistemə düzgün daxil edilməsinin təmin edilməsi; 
  • Mal alışına dair hesab-fakturaların, təhvil-təslim aktlarının və digər müvafiq sənədlərin yoxlanılması və 1C proqramında düzgün uçotunun aparılması.

Tələblər:

  • Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
  • Microsoft Office proqramlarını bilmək
  • Kompyuterdə sərbəst işləmək bacarığı (1C, Excel, Elektron Hökümət Portalı)
  • Vergi, əmək qanunvericilikləri üzrə bilikləri olmalı
  • Yaş həddi: 25-45
  • Dil bilikləri: Azərbaycan-dili (rus-dili, ingilis-dili arzu olunandır)

Digər Məlumatlar:

  • İş qrafiki: 6 günlük
  • Əmək haqqı: 900-1000 Azn
  • Ünvan: Binəqədi yolu 100
  • Nahar şirkət tərəfindən təmin edilir

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına mövzu yerinə “İstehsal üzrə mühasib” yazaraq göndərmələri xahiş olunur. 

Əlaqə 0552931339

  • Daily18
  • Weekly516
  • Monthly1544