X Xırman
  • 740

Xırman

Keyfiyyətə nəzarət üzrə Menecer

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Keyfiyyətə nəzarət üzrə Menecer

  • Истекает 29 август 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Şirkətin keyfiyyət standartlarının müəyyən edilməsi və tətbiqinə nəzarət etmək.
  • İstehsal və xidmət proseslərinin keyfiyyət standartlarına uyğunluğunu təmin etmək.
  • Daxili və xarici auditləri təşkil etmək və nəticələri təhlil etmək.
  • ISO və digər beynəlxalq standartların tətbiqinə nəzarət etmək.
  • Keyfiyyət göstəriciləri üzrə analitik hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
  • Keyfiyyətə nəzarət şöbəsinin işini idarə etmək, komanda üzvlərinə təlimlər keçmək.
  • Məhsul və ya xidmətlə bağlı müştəri şikayətlərini araşdırmaq və həll yolları təqdim etmək.
  • Risklərin idarə edilməsi və problemlərin həlli proseslərini təşkil etmək.
  • Keyfiyyətsiz məhsulların və ya xidmətlərin göstərilməsinin  qarşısını almaq üçün tədbirlər planı və işlərin keyfiyyətinin yüksəldilməsi üçün təkliflər hazırlamaq;
  • Zavodun bütün ərazisində sanitariya və gigiyena normalarına əməl edilməsinə nəzarət etmək;

Namizədə tələblər:

  • Ali təhsil (Qida mühəndisliyi, Biotexnologiya və ya müvafiq sahə üzrə);
  • Qida sektorunda keyfiyyətə nəzarət sahəsində ən azı 3 il iş təcrübəsi;
  • HACCP, ISO 22000 kimi beynəlxalq standartlar üzrə biliklər və təcrübə;
  • Qida məhsullarının kimyəvi və mikrobioloji analizi üzrə biliklər;
  • Detallara diqqət, analitik düşüncə və problem həll etmə bacarığı;
  • Azərbaycan və Rus dilində mükəmməl danışıq və yazı qabiliyyəti (ingilis dili üstünlükdür);
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı.

Şərtlər:

  • İş qrafiki: 6 günlük iş həftəsi
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Korporativ telefon nömrəsi və danışıq paketi.
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək;
  • İş yeri: Binəqədi yolu 100
  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə (əmək müqaviləsi).

Müraciət qaydası:

CV-lərinizi “Keyfiyyətə nəzarət üzrə Menecer” vakansiyanın adını qeyd edərək Müraciət Et düyməsində yerləşən email ünvanına göndərə bilərsiniz.

Əlaqə: +994 55 293 13 39

  • Daily28
  • Weekly619
  • Monthly737