İşin təsviri və vəzifə öhdəlikləri:
- Şirkət avtoparkının gündəlik əməliyyatlarının idarə edilməsi və logistik marşrutların planlaşdırılması.
- Sürücü heyətinin iş qrafiklərinin tərtibi, onların gündəlik fəaliyyətinə, yol hərəkəti və nizam-intizam qaydalarına riayət etmələrinə nəzarət.
- Sürücülərin işə qəbul prosesində iştirak etmək
- Yeni sürücülərin işə adaptasiyasını təşkil etmək, daxili qaydalar və iş prosesi ilə bağlı təlimatlandırmaq;
- Sürücülərin fəaliyyətini qiymətləndirmək və aşkar olunan problemlərlə bağlı tədbirlər görmək;
- Avtomobillərin gündəlik texniki vəziyyətinin yoxlanılması, nasazlıqların operativ həlli üçün planlı və plandankənar təmir-servis işlərinin təşkili.
- Zəruri hallarda avtomobilləri servis mərkəzlərinə yönləndirmək və görülən işlərin keyfiyyətinə nəzarət etmək;
- Təmir xərclərinin smetasına nəzarət, ehtiyat hissələrinin və digər zəruri vasitələrin vaxtında tədarük edilməsi.
- Yanacaq kvotalarının müəyyən edilməsi, limitlərə riayət olunmasının yoxlanılması və nəqliyyatın hərəkətinin (GPS vasitəsilə) gündəlik izlənməsi.
- Malların vaxtında və təhlükəsiz şəkildə daşınmasının təşkilinə nəzarət etmək;
- Nəqliyyat vasitələrinin düzgün və səmərəli istifadəsini təmin etmək;
- Bütün lazımi inzibati sənədləşmələrin, o cümlədən sığorta (KASKO, İcbari), texniki baxış və DYP cərimələri ilə bağlı işlərin vaxtında icra olunması.
- Logistika üzrə xərc və resursların optimallaşdırılması ilə bağlı təkliflər hazırlamaq;
- Nəqliyyat və sürücülərlə bağlı hesabatların hazırlanmasını və rəhbərliyə təqdim edilməsini təmin etmək;
- Logistika proseslərinin şirkətin daxili prosedur və standartlarına uyğun həyata keçirilməsinə nəzarət etmək
Namizədə aid tələblər:
- Müvafiq sahə üzrə ali təhsil (Logistika, Nəqliyyat İdarəçiliyi, Biznesin təşkili və s. üzrə);
- Oxşar vəzifə üzrə minimum 3 il iş təcrübəsi (Rəhbər və ya qaraj müdiri kimi təcrübə mütləqdir);
- Nəqliyyat parkının idarə olunması, sürücülərin koordinasiyası və marşrut planlaması sahəsində təcrübə;
- Nəqliyyat sektorunun idarəetmə sistemləri, daxili prosedurlar və təhlükəsizlik qaydaları üzrə biliklər;
- Avtomobillərin texniki quruluşunu və iş prinsiplərini dərindən bilməli, nasazlıqların diaqnostikası və təmir-servis proseslərini idarə etmə bacarığı;
- Marşrut optimizasiyası və yanacaq sərfiyyatının idarə olunması üzrə anlayışlar;
- Nəqliyyatla bağlı sənədləşmə (yol vərəqələri, əməliyyat aktları, xərclər, təmir aktları və s.) sahəsində bilik;
- Dil bilikləri: Azərbaycan dili (səlist), Rus dili (yaxşı);
- MS Office proqramları: Excel (ara hesabatlar, cədvəllər, formullar), Word, Outlook;
- GPS izləmə sistemləri ilə işləmə bacarığı;
- Güclü ünsiyyət, komandanı (sürücülər və ustalar) idarəetmə, problem həll etmə və stresə davamlılıq.
Şərtlər:
- Əmək haqqı: Müsahibə əsasında
- İş yeri: Binəqədi yolu 100 (Yaxın ərazidə yaşayanlar üstünlük təşkil edir)
- İş qrafiki: Həftəiçi 6 gün
- Nahar şirkət tərəfindən verilir
CV-lərinizi “(Logistika rəhbəri)” vakansiyanın adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.