Əsas vəzifə öhdəlikləri:
- Müəssisənin bölmələrində və anbarlarında xammalın, yarımfabrikatın, hazır məhsulun saxlanımasının düzgünlüyünə, həmçinin istehsal prosesinin bütün mərhələlərinə nəzarətin təmin edilməsi
- Xammal, qablaşdırma materiallarında, yarımfabrikatlarda və hazır məhsullarda mikrobioloji analizlərin həyata keçirilməsi;
- Avadanlıqların sanitar vəziyyətinə nəzarətin, iş yerində sanitar-gigiyenik qaydalara riayət edilməsi üzrə yoxlamaların və mikrobioloji analizlərin aparılması;
- Qida mühitlərinin, reaktivlərin və məhlulların hazırlanması;
- Analiz nəticələrinin təhlili, sənədləşdirilməsi və hesabatların təqdim edilməsi;
- Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Dövlət tərəfindən qoyulan sanitar-gigiyena, HACCP, İSO 9001, İSO 22000 və İSO 17025 beynəlxalq standartlarının tələblərinə uyğun olaraq müvafiq işlərin həyata keçirilməsi.
Tələblər:
- Ali təhsil (Qida mühəndisliyi, Biologiya sahəsində);
- Xanım namizəd
- Tələb olunan vəzifə üzrə minimum 1 (bir) il iş təcrübəsi (qida mikrobiologiyası üzrə arzuolunandır);
- İSO 17025 tələblərinə uyğun laboratoriya avadanlıqları ilə işləmə bacarığı;
- Laboratoriya analizlərinin aparılması.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki: 6 gün
- Əmək haqqı: 700 AZN
- Nahar şirkət tərəfindən verilir
- Bakı şəhəri, Binəqədi yolu 100
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan email ünvanına “Mikrobioloq” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.
Əlaqə: 055-253-13-64