Əsas vəzifələr:
- Gündəlik mühasibat sənədlərinin hazırlanması və işlənməsi
- E-qaimə, hesab-faktura və təhvil-təslim aktlarının tərtibi
- Bank əməliyyatlarının uçotu və ödəniş tapşırıqlarının hazırlanması
- Debitor və kreditor borclarının izlənməsi
- Anbar və satış sənədlərinin mühasibat uçotuna daxil edilməsi
- Vergi və digər dövlət portallarında ilkin əməliyyatların icrası
- Baş mühasibin tapşırıqlarının yerinə yetirilməsi
Tələblər:
- Ali və ya orta ixtisas təhsili (maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində)
- 1C proqramında sərbəst işləmə bacarığı (8.3 versiyası üstünlükdür)
- Kompüter bilikləri: MS Office (xüsusilə Excel)
- Diqqətli, məsuliyyətli və öyrənməyə meyilli olmaq
- Mühasibatlıq sahəsində minimum 1 il təcrübə
Şərtlər:
- İş qrafiki: 6 gün
- İş yeri: Binəqədi yolu 100
- Nahar şirkət tərəfindən təmin olunur
- Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək;
CV-lərinizi “Mühasib köməkçisi ”vakansiyanın adını qeyd edərək Müraciət Et düyməsində göstərilən email ünvanına göndərə bilərsiniz.
Əlaqə 0552931339