Xırman Xırman
  • 226

Xırman

Digər

Nəqliyyyat koordinatoru

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Nəqliyyyat koordinatoru

  • Deadline 14 Fevral 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Gündəlik sifarişlərə uyğun nəqliyyat vasitələrinin ayrılmasının və daxili sistemdə qeydiyyatının aparılmasının təmin edilməsi;
  • Sürücülərə təhkim olunan nəqliyyat vasitələrinin gündəlik vizual yoxlanışının sürücülər tərəfindən icra edilməsinə nəzarətin təmin edilməsi və texniki təmir-bərpa işlərinə dair zəruri tədbirlərin həyata keçirilməsinə dəstək;
  • Şirkətin mülkiyyətində olan bütün nəqliyyat vasitələrinin sürücülər tərəfindən təmiz və səliqəli saxlanılmasına nəzarətin təmin edilməsi;
  • Şirkətə məxsus bütün nəqliyyat vasitələrinin Mülki Məsuliyyətin İcbari Sığortası ilə təmin edilməsinin və onların nəzarətdə saxlanılmasının təmin edilməsi;
  • Hər bir nəqliyyat vasitəsinin Şirkətə ayrılmış parklanma yerlərində düzgün və səmərəli şəkildə saxlanılmasının təmin edilməsi;
  • Şirkətə məxsus hər bir nəqliyyat vasitələrinin yanacaqla təmin edilməsi;
  • Ümumi istifadədə olan nəqliyyat vasitələrinə GPS avadanlıqları vasitəsilə sürət limitinin təyin edilməsinin və buna dair nəzarətin təmin edilməsi;
  • Şirkətə məxsus və ümumi istifadə edilən nəqliyyat vasitələrinə aid cərimələrin vaxtında qüvvəyə minməsi və ödənilməsinə nəzarətin təmin edilməsi məqsədilə DYP/BNA tərəfindən daxil olan bütün sorğuların sürücülərə dair məlumatlar elektron şəkildə göndərilməklə cavablandırılmasının təmin edilməsi;
  • Şirkətə məxsus və ümumi istifadədə olan nəqliyyat vasitələrinin “smsradar.az” və “portal.com.az” platformalarına qoşulmasının və davamlı izlənilməsinin təmin edilməsi;
  • Daxili logistika məsələlərinin icra olunmasının və tam koordinasiya edilməsinin təmin edilməsi.

Namizədə aid tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil (Logistika, Nəqliyyat İdarəçiliyi, Biznesin təşkili və s. üzrə);
  • Oxşar vəzifə üzrə minimum 2 il iş təcrübəsi;
  • Nəqliyyat parkının idarə olunması, sürücülərin koordinasiyası və marşrut planlaması sahəsində təcrübə;
  • Nəqliyyat sektorunun idarəetmə sistemləri, daxili prosedurlar və təhlükəsizlik qaydaları üzrə biliklər;
  • Avtomobil texnikasının əsas anlayışlarını bilməli (texniki xidmət intervalları, nasazlıqların ilkin diaqnostikası və s.);
  • Marşrut optimizasiyası və yanacaq sərfiyyatının idarə olunması üzrə anlayışlar;
  • Nəqliyyatla bağlı sənədləşmə (yol vərəqələri, əməliyyat aktları, xərclər və s.) sahəsində bilik;
  • Dil bilikləri: Azərbaycan dili (səlist), Rus dili (yaxşı)
  • MS Office proqramları: Excel (ara hesabatlar, cədvəllər, formullar), Word, Outlook;
  • GPS izləmə sistemləri ilə işləmə bacarığı;
  • Güclü ünsiyyət, problem həll etmə, Stresə davamlılıq

Şərtlər:

  • Əmək haqqı: 850 Azn +
  • İş yeri: Binəqədi yolu 100 (Yaxın ərazidə yaşayanlar üstünlük təşkil edir)
  • İş qrafiki: Həftəiçi 6 gün
  • Nahar şirkət tərəfindən verilir

CV-lərinizi “(Nəqliyyat Koordinatoru) ”vakansiyanın adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Əlaqə 0552931339 

  • Daily0
  • Weekly381
  • Monthly1168