Sex Rəisi

  • Истекает 18 декабрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Yaxın zamanda fəaliyyətə başlayacaq yeni kolbasa istehsalı müəssisəmizə peşəkar, təcrübəli və idarəçilik bacarığına malik Sex Rəisi axtarılır.

Əsas vəzifə öhdəlikləri:

  • Kolbasa istehsalı prosesinin idarə olunması və nəzarətdə saxlanılması;a
  • İstehsalatın texnoloji proseslərinin düzgün qurulması və icrasına nəzarət;
  • İstehsalat planının hazırlanması və yerinə yetirilməsinin təmin edilməsi;
  • İstehsalat işçilərinin iş bölgüsünün aparılması və kollektivin idarə olunması;
  • Xammalın qəbulundan hazır məhsulun əldə olunmasına qədər bütün mərhələlərə nəzarət;
  • Məhsulun keyfiyyətinə, dadına, görünüşünə və standartlara uyğunluğuna nəzarət;
  • Xammal və istehsalat materiallarının səmərəli istifadəsinin təmin edilməsi;
  • İstehsalat avadanlıqlarının düzgün istismarına nəzarət;
  • Sanitariya, gigiyena və qida təhlükəsizliyi qaydalarının təmin edilməsi;
  • İstehsalatda məhsuldarlığın artırılması və itkilərin minimuma endirilməsi;
  • Rəhbərliyə mütəmadi istehsalat hesabatlarının təqdim edilməsi.

Namizədə tələblər:

  • Kolbasa və ət məhsulları istehsalı sahəsində minimum 3-5 il iş təcrübəsi;
  • Sex rəisi və ya istehsalat rəhbəri vəzifəsində iş təcrübəsi mütləqdir;
  • Kolbasa istehsalının texnologiyasını, reseptura və istehsal mərhələlərini yaxşı bilmək;
  • Ət xammalı, əlavələr və istehsalat prosesləri haqqında praktiki biliklər;
  • İstehsalat avadanlıqları ilə işləmək və onların iş prinsipini bilmək;
  • Komandanı idarə etmək və iş prosesini düzgün təşkil etmək bacarığı;
  • Operativ qərarvermə, məsuliyyət və yüksək təşkilatçılıq qabiliyyəti.
  • Rus dili biliyi mütləqdir (istehsalat üzrə rusdilli texnoloqla birbaşa ünsiyyət qurmaq)

 ​​​​​Digər Məlumatlar:

  • İş qrafiki: 6 günlük
  • Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək
  • Ünvan: Binəqədi yolu 100
  • Nahar şirkət tərəfindən təmin edilir

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu yerinə “Sex rəisi” yazaraq göndərmələri xahiş olunur.

Əlaqə 0552531364

  • Daily4
  • Weekly323
  • Monthly1254