"Xurcun Coffee and Chain of Boutiques" premium brendlər şəbəkəsi dinamik və gülərüz Baristalar axtarır!
Vəzifə öhdəlikləri:
- İsti və soyuq qəhvə içkilərinin premium xidmət standartlarına uyğun təqdim edilməsi;
- Müştəri məmnuniyyətinin təmin edilməsi;
- Şirkət tərəfindən göndərilən məhsulların qəbulu və qeydiyyatı;
- İş sahəsində təmizliyə və sanitariya qaydalarına riayət edilməsi.
Tələblər:
- Yaş həddi: 23 – 32 yaş;
- Təcrübə: ən azı 1-2 il
- Dil bilikləri: Azərbaycan dili və Rus dili , İngilis dili (arzuolunandır);
- Qəhvə maşını, grinder (üyüdücü) və digər barista avadanlıqları ilə işləmək bacarığı;
- Qida təhlükəsizliyi və gigiyena qaydaları haqqında məlumatlı olmaq;
- Müştəriyönümlü yanaşma, nəzakətli və səlis danışıq qabiliyyəti;
- Məsuliyyətli, intizamlı və komanda ilə operativ işləmək bacarığı.
İş şərtləri:
- Ünvan: Ağ Şəhər və Xətai filialları
- İş saatları: 9 saat Növbəli iş qrafiki
- İstirahət: Həftədə 1 gün;
- Əmək haqqı: 700 AZN NET;
- Sakit, rahat və mehriban iş atmosferi.
Müraciət üçün: Maraqlanan namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına, mövzu hissəsində "Barista" qeyd edərək göndərə bilərlər.