XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi

Education , Education Services

Alman dili müəllimi

  • Deadline 14 June 2026

Təsvir

Tədris və planlaşdırma fəaliyyəti

  • Mərkəzin missiyası, dəyərləri və təhsil modelinə uyğun olaraq Alman dili tədrisini təşkil edir.
  • Tədris ilinin əvvəlində illik və həftəlik planları hazırlayır və metodist müəllimə təqdim edir.
  • Dərs planlarını, qiymətləndirmə vasitələrini və tədris resurslarını kurikulum və məktəb platformalarına uyğun şəkildə hazırlayır və tətbiq edir.
  • Şagirdlərin fərdi öyrənmə ehtiyaclarını nəzərə alaraq diferensial dərs planları və əlavə dəstək proqramları hazırlayır.
  • Tədris prosesində müxtəlif metod və resurslardan istifadə edərək mövzuların mənimsənilməsini təmin edir.
  • İl başında diaqnostik qiymətləndirmə apararaq şagirdlərin bilik səviyyəsini müəyyən edir və dərs planlamasını buna əsaslandırır.

Qiymətləndirmə və hesabatlılıq

  • Diaqnostik, formativ və summativ qiymətləndirmələri həyata keçirir və nəticələri təhlil edir.
  • Zəif nəticələr üzrə bərpaedici və inkişafetdirici fəaliyyətlər planlaşdırır.
  • Qiymətləndirmə meyarları, rubriklər və sual bankının hazırlanmasında iştirak edir.
  • İmtahan və digər qiymətləndirmə vasitələrinin standartlarının müəyyənləşdirilməsində metodist müəllimlə əməkdaşlıq edir.
  • Şagird nəticələrini MIS sisteminə vaxtında daxil edir, inkişaf hesabatlarını və qiymət cədvəllərini təqdim edir.

Şagirdlərlə iş

  • Şagirdlərin motivasiyasını artırır, davranış qaydalarına əməl olunmasına nəzarət edir və fərdi problemlərdə dəstək göstərir.
  • Psixoloji dəstək bölməsi ilə əməkdaşlıq edərək ehtiyac yarandıqda şagirdləri yönləndirir.
  • Ev tapşırıqlarını və əlavə fəaliyyətləri izləyir və idarə edir.
  • Şagirdlərin fərdi inkişaf hədəflərinin müəyyənləşdirilməsinə və izlənilməsinə dəstək olur.
  • Şagird portfoliolarını hazırlayır və inkişaf prosesini sənədləşdirir.
  • Şagird, valideyn və məktəb rəhbərliyi ilə mütəmadi kommunikasiya aparır.

Sinif rəhbərliyi və gündəlik təşkilatçılıq

  • Sinifdə qaydaları, əyləşmə planını və tədris mühitini idarə edir.
  • Valideynlərlə müntəzəm əlaqə saxlayır, görüşlər keçirir və müraciətlərə operativ cavab verir.
  • Məktəb elanlarını şagird və valideynlərə çatdırır.
  • Şagirdlərin məktəb daxilində və xaricində davranış qaydalarını izah edir və nəzarətdə saxlayır.
  • Sinifdə şagird işlərinin və vizual materialların hazırlanmasını və sərgilənməsini təşkil edir.
  • Yeməkxana, tənəffüs və gündəlik hərəkət proseslərində şagirdlərin təhlükəsizliyinə nəzarət edir.
  • Şagirdlərin təhvil-təslim prosesini valideynlərlə koordinasiyalı şəkildə həyata keçirir.

Nəzarət və əlavə fəaliyyətlər

  • Məktəb rəhbərliyi tərəfindən verilən tapşırıqları yerinə yetirir və növbətçilik fəaliyyətlərində iştirak edir.
  • Ekskursiyalar, imtahanlar, yarışlar və məktəb tədbirlərində məsuliyyət daşıyır.
  • Rəsmi qiymətləndirmə və olimpiadalarda nəzarət və təşkilati işlərdə iştirak edir.
  • Komitə və məktəbdaxili şuralarda fəal iştirak edir.

Peşəkar inkişaf və əməkdaşlıq

  • İclaslarda iştirak edir və fəaliyyət hesabatları təqdim edir.
  • Təlim və seminarlarda iştirak edərək peşəkar bacarıqlarını inkişaf etdirir.
  • Valideyn müraciətlərini qəbul edir və səlahiyyət xaricində olan halları aidiyyəti bölməyə yönləndirir.
  • Məktəbin tədbir və layihələrində fəal iştirak edir və şagirdləri təşviq edir.
  • Akademik direktor müavini və metodist müəllim tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.

Tələblər

Təhsil və iş təcrübəsi

  • Alman dili müəllimliyi ixtisası üzrə bakalavr dərəcəsi mütləqdir.
  • Magistr dərəcəsi üstünlük hesab edilir.
  • Minimum 2 il müvafiq fənn üzrə tədris təcrübəsi tələb olunur.
  • Özəl məktəb təcrübəsi üstünlükdür.

Peşəkar biliklər və nəzəri hazırlıq

Namizəd aşağıdakı sahələr üzrə biliklərə sahib olmalıdır:

  • “Müəllimlərin Etik Davranış Qaydaları” (TN, 2014);
  • Müasir təlim, öyrənmə və qiymətləndirmə nəzəriyyələri;
  • Pedaqogika və pedaqoji psixologiyanın müasir nailiyyətləri;
  • Şagird mərkəzli pedaqoji yanaşmalar;
  • 21-ci əsr bacarıqları və onların tədrisə inteqrasiyası;
  • Effektiv təlim strategiyaları və sinif idarəetməsi;
  • Təhsil sahəsində qlobal tendensiyalar və innovasiyalar.

Dil və texniki bacarıqlar

  • Alman dili üzrə C1 səviyyəsində yüksək yazılı və şifahi dil bacarığı;
  • MS Office proqramlarında (Outlook, Word, Excel) sərbəst işləmə bacarığı;
  • Rəqəmsal tədris alət və platformalarından istifadə bacarığı.

Pedaqoji bacarıqlar

  • Şagird mərkəzli tədris metodlarının tətbiqi;
  • Müxtəlif təlim strategiyalarından effektiv istifadə;
  • Sinif və davranış idarəetməsi bacarığı;
  • Refleksiya aparma və tədrisi inkişaf etdirmə bacarığı;
  • Layihə əsaslı öyrənmə və innovativ tədris yanaşmaları.

Şəxsi keyfiyyətlər və səriştələr

  • Kritik düşünmə və problem həll etmə;
  • Emosional zəka (EQ);
  • Əməkdaşlıq və komanda işi bacarığı;
  • Yaradıcılıq və təşəbbüskarlıq (proaktivlik);
  • Səbirli, ədalətli və məsuliyyətli yanaşma;
  • İnkişaf yönümlü düşüncə (Growth mindset);
  • Özünü motivasiya və davamlı öyrənmə;

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Nahar şirkət tərəfindən təmin edilir.
  • Tibbi sığorta

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly0
  • Monthly1386