Təsvir
Tədris və planlaşdırma fəaliyyəti
- Mərkəzin missiyası, dəyərləri və təhsil modelinə uyğun olaraq Alman dili tədrisini təşkil edir.
- Tədris ilinin əvvəlində illik və həftəlik planları hazırlayır və metodist müəllimə təqdim edir.
- Dərs planlarını, qiymətləndirmə vasitələrini və tədris resurslarını kurikulum və məktəb platformalarına uyğun şəkildə hazırlayır və tətbiq edir.
- Şagirdlərin fərdi öyrənmə ehtiyaclarını nəzərə alaraq diferensial dərs planları və əlavə dəstək proqramları hazırlayır.
- Tədris prosesində müxtəlif metod və resurslardan istifadə edərək mövzuların mənimsənilməsini təmin edir.
- İl başında diaqnostik qiymətləndirmə apararaq şagirdlərin bilik səviyyəsini müəyyən edir və dərs planlamasını buna əsaslandırır.
Qiymətləndirmə və hesabatlılıq
- Diaqnostik, formativ və summativ qiymətləndirmələri həyata keçirir və nəticələri təhlil edir.
- Zəif nəticələr üzrə bərpaedici və inkişafetdirici fəaliyyətlər planlaşdırır.
- Qiymətləndirmə meyarları, rubriklər və sual bankının hazırlanmasında iştirak edir.
- İmtahan və digər qiymətləndirmə vasitələrinin standartlarının müəyyənləşdirilməsində metodist müəllimlə əməkdaşlıq edir.
- Şagird nəticələrini MIS sisteminə vaxtında daxil edir, inkişaf hesabatlarını və qiymət cədvəllərini təqdim edir.
Şagirdlərlə iş
- Şagirdlərin motivasiyasını artırır, davranış qaydalarına əməl olunmasına nəzarət edir və fərdi problemlərdə dəstək göstərir.
- Psixoloji dəstək bölməsi ilə əməkdaşlıq edərək ehtiyac yarandıqda şagirdləri yönləndirir.
- Ev tapşırıqlarını və əlavə fəaliyyətləri izləyir və idarə edir.
- Şagirdlərin fərdi inkişaf hədəflərinin müəyyənləşdirilməsinə və izlənilməsinə dəstək olur.
- Şagird portfoliolarını hazırlayır və inkişaf prosesini sənədləşdirir.
- Şagird, valideyn və məktəb rəhbərliyi ilə mütəmadi kommunikasiya aparır.
Sinif rəhbərliyi və gündəlik təşkilatçılıq
- Sinifdə qaydaları, əyləşmə planını və tədris mühitini idarə edir.
- Valideynlərlə müntəzəm əlaqə saxlayır, görüşlər keçirir və müraciətlərə operativ cavab verir.
- Məktəb elanlarını şagird və valideynlərə çatdırır.
- Şagirdlərin məktəb daxilində və xaricində davranış qaydalarını izah edir və nəzarətdə saxlayır.
- Sinifdə şagird işlərinin və vizual materialların hazırlanmasını və sərgilənməsini təşkil edir.
- Yeməkxana, tənəffüs və gündəlik hərəkət proseslərində şagirdlərin təhlükəsizliyinə nəzarət edir.
- Şagirdlərin təhvil-təslim prosesini valideynlərlə koordinasiyalı şəkildə həyata keçirir.
Nəzarət və əlavə fəaliyyətlər
- Məktəb rəhbərliyi tərəfindən verilən tapşırıqları yerinə yetirir və növbətçilik fəaliyyətlərində iştirak edir.
- Ekskursiyalar, imtahanlar, yarışlar və məktəb tədbirlərində məsuliyyət daşıyır.
- Rəsmi qiymətləndirmə və olimpiadalarda nəzarət və təşkilati işlərdə iştirak edir.
- Komitə və məktəbdaxili şuralarda fəal iştirak edir.
Peşəkar inkişaf və əməkdaşlıq
- İclaslarda iştirak edir və fəaliyyət hesabatları təqdim edir.
- Təlim və seminarlarda iştirak edərək peşəkar bacarıqlarını inkişaf etdirir.
- Valideyn müraciətlərini qəbul edir və səlahiyyət xaricində olan halları aidiyyəti bölməyə yönləndirir.
- Məktəbin tədbir və layihələrində fəal iştirak edir və şagirdləri təşviq edir.
- Akademik direktor müavini və metodist müəllim tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.
Tələblər
Təhsil və iş təcrübəsi
- Alman dili müəllimliyi ixtisası üzrə bakalavr dərəcəsi mütləqdir.
- Magistr dərəcəsi üstünlük hesab edilir.
- Minimum 2 il müvafiq fənn üzrə tədris təcrübəsi tələb olunur.
- Özəl məktəb təcrübəsi üstünlükdür.
Peşəkar biliklər və nəzəri hazırlıq
Namizəd aşağıdakı sahələr üzrə biliklərə sahib olmalıdır:
- “Müəllimlərin Etik Davranış Qaydaları” (TN, 2014);
- Müasir təlim, öyrənmə və qiymətləndirmə nəzəriyyələri;
- Pedaqogika və pedaqoji psixologiyanın müasir nailiyyətləri;
- Şagird mərkəzli pedaqoji yanaşmalar;
- 21-ci əsr bacarıqları və onların tədrisə inteqrasiyası;
- Effektiv təlim strategiyaları və sinif idarəetməsi;
- Təhsil sahəsində qlobal tendensiyalar və innovasiyalar.
Dil və texniki bacarıqlar
- Alman dili üzrə C1 səviyyəsində yüksək yazılı və şifahi dil bacarığı;
- MS Office proqramlarında (Outlook, Word, Excel) sərbəst işləmə bacarığı;
- Rəqəmsal tədris alət və platformalarından istifadə bacarığı.
Pedaqoji bacarıqlar
- Şagird mərkəzli tədris metodlarının tətbiqi;
- Müxtəlif təlim strategiyalarından effektiv istifadə;
- Sinif və davranış idarəetməsi bacarığı;
- Refleksiya aparma və tədrisi inkişaf etdirmə bacarığı;
- Layihə əsaslı öyrənmə və innovativ tədris yanaşmaları.
Şəxsi keyfiyyətlər və səriştələr
- Kritik düşünmə və problem həll etmə;
- Emosional zəka (EQ);
- Əməkdaşlıq və komanda işi bacarığı;
- Yaradıcılıq və təşəbbüskarlıq (proaktivlik);
- Səbirli, ədalətli və məsuliyyətli yanaşma;
- İnkişaf yönümlü düşüncə (Growth mindset);
- Özünü motivasiya və davamlı öyrənmə;
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar şirkət tərəfindən təmin edilir.
- Tibbi sığorta
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.