XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi
  • 548
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi

Təhsil , Education Services

Fiziki tərbiyə müəllimi

  • Deadline 4 Oktyabr 2025

Təsvir

"XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi" MMC-də Fiziki tərbiyə müəllimi vəzifəsi üçün vakansiya mövcuddur. Bu vəzifə üzrə əsas funksiyalar arasında:

  • şöbənin iş planlarına və siyasətlərinə uyğun olaraq effektiv tədris metodları vasitəsilə şagirdlərin öyrənməsini idarə etmək;
  • tədrisdə davamlılıq, inkişaf və bütövlüyü təmin etmək;
  • kurikulum məqsədlərinə və şagirdlərin müxtəlif ehtiyaclarına uyğun olaraq müxtəlif metod və yanaşmalardan istifadə etmək və bütün şagirdlər üçün bərabər imkan yaratmaq;
  • ev tapşırıqlarını mütəmadi olaraq (ev tapşırığı siyasətinə uyğun şəkildə) vermək, öyrənməni möhkəmləndirmək və genişləndirmək;
  • tədrisin və öyrənmənin keyfiyyətini artırmaq üçün komandanın üzvü kimi səmərəli fəaliyyət göstərmək;
  • bütün şagirdlərin bilik və anlayışlarını dərinləşdirmək və nailiyyətlərini maksimuma çatdırmaq;
  • şagirdlərin özlərini təhlükəsiz və arxayın hiss etdikləri, özünəinamlarının dəstəkləndiyi qarşılıqlı hörmət mühitində müsbət davranış idarəçiliyindən istifadə etmək;
  • şəxsi təqdimat və peşəkar davranış vasitəsilə şagirdlərə nümunə olmaq;
  • məktəbin və şöbənin bütün siyasətlərini bilmək və dəstəkləmək;
  • məktəbin daxili qaydalarına və Təhsil Nazirliyinin müvafiq siyasətlərinə uyğun fəaliyyət göstərmək.

Tələblər:

  • Fiziki tərbiyə müəllimliyi və idman ixtisası üzrə bakalavr dərəcəsi;
  • Magistr dərəcəsi üstünlük hesab edilir;
  • İngilis dili və Rus dili üzrə B2 səviyyədə yazılı və şifahi dil bilikləri tələb edilir.

Bilik və Bacarıqlar:

  • öz tədris fəaliyyətini təhlil etmək, şöbə/rəhbərlik komandasının rəylərinə əsaslanaraq tədris strategiya və texnikalarını tətbiq etmək bacarığı;
  • Müasir fiziki tərbiyə proqramları, idman növləri və məşq metodları haqqında biliklər;
  • Şagirdlərin fiziki inkişaf qanunauyğunluqları, yaş və fərdi xüsusiyyətlərinə uyğun tədris metodlarını tətbiq etmək bacarığı;
  • Təhlükəsizlik qaydaları və sağlam həyat tərzi prinsipləri barədə bilik;
  • İdman meydançasında və zalda nizam-intizamı qoruma bacarığı;
  • Müxtəlif oyunlar, komanda və fərdi məşqləri təşkil etmək və idarə etmək bacarığı;
  • Şagirdləri motivasiya etmək və onlarda idmana maraq oyatmaq bacarığı;
  • Əla ünsiyyət və əməkdaşlıq bacarıqları – həm şagirdlərlə, həm də valideynlər və həmkarlarla;
  • Özünü inkişaf etdirmə və yeni pedaqoji yanaşmaları öyrənməyə açıqlıq.

Ünsiyyət və Əməkdaşlıq:

  • Effektiv ünsiyyət bacarıqları.
  • Yaxşı əməkdaşlıq bacarıqları, məktəbdə əsas şəxslərlə – həmkarlarla, şagirdlərlə və valideynlərlə – daxili və xarici işgüzar münasibətləri tez bir zamanda qurmaq bacarığı.

İş qrafiki: 08:00-16:00

İş təcrübəsi: Fiziki tərbiyə müəllimi olaraq 2 il iş təcrübəsi arzuolunandır. Özəl məktəb təcrübəsi üstünlük hesab edilir.

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat
  • Təcrübə 1-2 il
  • Təhsil - Bakalavr

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly474
  • Monthly1782