Vəzifə öhdəliklərinə aiddir:
- Şagirdlərin “XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” MMC-nin missiyasına, əsas dəyərlərinə və qəbul edilmiş “Təhsil Modelinə” uyğun olaraq təlim və təhsil almasını təmin etməli;
- Tədris ilinin əvvəlində şagirdlərə təklif olunacaq dərnəklərin siyahısını müəyyənləşdirməli, valideyn və şagird sorğusu əsasında dəqiqləşdirməli, müəllim ehtiyacını müəyyən etməli və “Dərnək siyahısı”nı təsdiq üçün Akademik direktora təqdim etməli;
- Təsdiqlənmiş siyahıya uyğun müəllim bölgülərini və saatları müəyyən etməli, dərnək cədvəlini hazırlamalı və təsdiq üçün təqdim etməli və cədvəl sorğu nəticələrinə uyğun olaraq şagirdlərin seçim imkanını nəzərə almaqla qurmalı;
- Dərnək müəllimləri tərəfindən təqdim edilən illik planı və gündəlik dərs planlarını yoxlamalı, təsdiq etməli və icrasına nəzarət etməli;
- Fərqli öyrənmə ehtiyacları üçün hazırlanmış “Xüsusi Dərs Planları”nı yoxlamalı, təsdiq etməli və icrasına nəzarət etməli;
- İllik resurs siyahısını (vəsait, otaq, alət və s.) hazırlamalı, büdcələşdirmə üçün Akademik direktora təqdim etməli;
- Dərnəklərdə şagirdlərin təhvil-təslim prosesinə və təhlükəsizlik qaydalarına nəzarət etməli;
- Dərnəklərin məktəbdən kənar tədbir, yarış, müsabiqələrdə icrası zamanı şagirdlərin təhlükəsiz daşınmasına nəzarət etməli, lazımi bölmələrin (təhlükəsizlik, tibb) iştirakı üçün əvvəlcədən təqdimat etməli;
- Şagirdlərin fərdi və qrup halında yarış, müsabiqə, sərgi, olimpiada və digər tədbirlərdə iştirakını təşviq etməli, məktəbdaxili və məktəblərarası tədbirləri Akademik direktorla razılaşdırmalı;
- İdman komandalarının qurulmasına, məşqçi təyin olunmasına və fəaliyyətlərinə nəzarət etməli;
- Bədii rəhbər və təşkilatçı tərəfindən təqdim edilən məlumatlar əsasında hər tədbir üçün ən azı 5 həftə əvvəl “Ətraflı İcra Planı” hazırlamalı və təsdiq etdirməli (proqram, çıxışçılar, rollar, məşq planı, qonaqlar və s.);
- Tədbirlərin icrasını nəzarətdə saxlamalı, digər bölmələrlə əməkdaşlıq etməli və tədbir sonrası müzakirələrdə iştirak etməli;
- Mərkəz və/vəya rəsmi qurumlar tərəfindən (Təhsil Nazirliyi, DİM və s. ) elan edilən tarixlərdə təşkil olunan mərkəzi qiymətləndirmə imtahanlarında, olimpiadalarda, yarışlarda və s. Məktəb rəhbərliyinin göstərişinə uyğun olaraq müvafiq formada (şagirdlərin qarşılanması, nəzarətçilik, sualların yoxlanılma və s. işlərdə) iştirak etməli;
- Ekskursiya və sosial tədbirlərdə “Sosial fəaliyyətlərin təşkili qaydaları”na uyğun fəaliyyət göstərməli;
- “Qiymətləndirmə Proseduru”na uyğun olaraq “Şagirdlərin İnkişaf Hesabatları”nı hazırlayır və aidiyyəti şəxslərə təqdim etməli;
- Dərs, tənəffüs və digər fəaliyyətlər zamanı şagirdlərin sağlamlıq və təhlükəsizliyinə nəzarət etməli;
- Mərkəzin toplantı qaydalarına uyğun bütün iclaslarda iştirak etməli;
- Tədris ili ərzində rüblük fəaliyyət hesabatları hazırlamalı və Akademik direktora təqdim etməli;
- Şagirdlərin layihə və müsabiqələrdə iştirakına rəhbərlik etməli;
- Tədbirlərin keçirilməsi ilə bağlı məkan, tərtibat, iştirakçı sayı və digər logistika məlumatlarını müvafiq bölmələrə vaxtında çatdırmalı.
Təhsil və İş Təcrübəsi:
- 4 il müəllim kimi və ya şagirdlərin hərtərəfli inkişafı ilə bağlı fəaliyyətlər üzrə minimum 2 il iş təcrübəsinin olması tələb edilir.
Dil Bilikləri:
- Azərbaycan dili – C2 səviyyədə;
- Rus dili – B2 səviyyədə;
- İngilis dili – B2 səviyyədə.
Peşəkar Biliklər:
- Uşaqlarla səmərəli ünsiyyət qurmaq, işləmək;
- İdarəetmə prinsipləri;
- Büdcə hazırlanması;
- Müsahibə aparma texnikası;
- Hesabatların hazırlanması;
- Qərarvermə və problem həll etmə bacarığı;
- Yaradıcılıq prosesinin metodologiyası;
- İKT, MS Office və müasir təlim texnologiyaları;
- Təqdimat üsulları.
Kommunikasiya və Əməkdaşlıq Bacarıqları:
- İcma və tərəfdaşlarla sağlam münasibətlər formalaşdırmaq.
- Çalışanlarla səmərəli ünsiyyət və komanda işi bacarığı.
- Təqdimat etmə, motivasiya etmək və əməkdaşlıq bacarıqları.
- Daxili və xarici müştəri yönümlülük.
İdarəetmə və Planlaşdırma Bacarıqları:
- Analitik və Kritik Düşüncə (kritik düşünmə, analitik təhlil, problem həll etmə, strateji düşüncə)
- Liderlik və İdarəetmə (liderlik, koçluq və inkişaf etdirmə, təşkilatçılıq, planlaşdırma, qərarvermə)
- Ünsiyyət və Emosional Zəka (ünsiyyət bacarığı, emosional zəka, əməkdaşlıq və komanda işi)
- Yaradıcılıq və İnnovativlik (yaradıcılıq, innovativ yanaşma, təşəbbüskarlıq/proaktivlik)
- Motivasiya və İnkişaf Yönümlülük (özünü motivə etmə və öyrənmə, başqalarını motivasiya etmə, growth mindset)
- Məsuliyyət və Etik Davranış (ədalətlilik, məsuliyyətlilik, cavabdehlik, etika, dürüstlük)
- Şəxsi Keyfiyyətlər (səbirlilik, entuziazm, daxili və xarici müştəri yönümlülük)
- Peşəkar Bacarıqların İnteqrasiyası (vaxtın idarə olunması, resurslardan istifadə, davamlı öyrənmə)
Vakansiya haqqında:
- Vakansiya növü Tam ştat
- Təcrübə 3-4 il
- Vəzifə dərəcəsi Rəhbər
- Təhsil Bakalavr
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.