Təsvir
- Bütün heyvan qrupları üzrə heyvanların sağlamlığına cavabdehlik daşımaq;
- İllik epzootik tədbirlər planının hazırlanması və planın yerinə yetirilməsini təmin etmək;
- Baytarlıq bölməsində dərman vasitələrini həcmini və tərkibini müəyyən etmək, alınması üçün öncədən sifarişləri etmək;
- Vaksinasiya proqramlarının icra olunmasına nəzarət etmək;
- Heyvandarlıq şöbəsində müalicə, müayinə, profilaktik proqramları işləyib hazırlamaq və həmin proqram əsasında tədbirləri həyata keçirmək;
- Dırnaq baxımı, dırnaq vannaları proqramlarının hazırlanması və icrasının təmin etmək;
- Ölüm hallarının dəqiq araşdırılması üçün patoloji materialları laboratoriya yoxlanışına göndərmək;
- Bölmədə gündəlik baş verən düyə doğuşlarını, ölümləri, bala atmaları, düyə satışları və digər çıxdaşları aktlaşdırıb Maliyyə bölməsinə təqdim etmək, 1C proqramına məlumatları daxil etmək;
- Heyvan ölümlərinin səbəbini müəyyənləşdirmək, lazım gəldikdə patoloji yarmalar aparmaq və nəticələr barədə rəhbərliyə hesabat vermək;
- İllik sürü dövriyyəsi və vaksinasiya proqramlarının yerinə yetirilməsinə dair sənədlərin işlənib dövlət qurumlarına təqdim edilməsini təmin etmək.
Tələblər
- Ali təhsil (Baytarlıq ixtisası üzrə);
- Baytarlıq sahəsi üzrə minimum 3 il iş təcrübəsi;
- Xarici dil biliklərinin olması arzu olunandır (rus, ingilis);
- Microsoft Office və 1C proqramları üzrə biliklərin olması;
- Məsulliyyətli, intizamlı və stress vəziyyətinə davamlı, komandada işləmə bacarığı;
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
- Təcrübə 3-4 il
- Təhsil Bakalavr
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər.