Təsvir
- Satınalma proseslərinin vaxtında və prosedurlara uyğun icrasını təmin etmək, daxili sifarişçilər və təchizatçılarla operativ əlaqəni dəstəkləmək və satınalma qrupunun gündəlik əməliyyat fəaliyyətinə yardım göstərilməsi;
- Mal və xidmətlər üzrə satınalma sorğularının (PR) qəbul edilməsi, yoxlanılması və icraya hazırlanması;
- Təchizatçılardan qiymət təkliflərinin (RFQ) toplanması;
- Qiymət təkliflərinin müqayisəsi və ilkin müqayisə cədvəllərinin hazırlanması;
- Təchizatçılarla yazışmaların və telefon danışıqlarının aparılması;
- Satınalma sifarişlərinin (PO) hazırlanmasına və izlənməsinə dəstək edilməsi;
- Sənədlərin vaxtında ödənişə təqdim olunması;
- Müqavilə sənədlərinin və satınalma fayllarının düzgün arxivləşdirilməsi;
- Kateqoriyası üzrə təchizatçı məlumat bazasının (vendor list) yenilənməsi;
- Çatdırılma prosesinin izlənməsi və gecikmələrlə bağlı qrup rəhbərinə məlumat verilməsi;
- Mühasibatlıq və anbar şöbələri ilə koordinasiyanın edilməsi;
- Satınalmada prosedur və daxili qaydalara uyğunluğun təmin edilməsi.
Tələblər
- Ali təhsil (iqtisadiyyat, menecment və.s üstünlükdür);
- MS Office (Excel, Outlook) proqramlarında işləmə bacarığı;
- Azərbaycan dili – səlis, Rus və ya İngilis dili – üstünlükdür;
- Analitik düşünmə və detallara diqqət;
- Ünsiyyət və yazışma bacarığı;
- Komandada işləmək və öyrənməyə açıq olmaq;
- Məntiq və riyazi biliklərinin (sadə hesablamalar) olması üstünlükdür;
- Sürücülük vəsiqəsinin olması üstünlükdür.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Könüllü tibbi sığorta
- Nəqliyyat servisi
- Korporativ nömrə
- Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
- Nahar təminatı
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.