Vəzifə öhdəlikləri:
- Qəbul, rezervasiya, konsyerj və bellboy xidmətlərinin gündəlik fəaliyyətini idarə etmək.
- Front office komandasının rəhbərliyi və iş cədvəllərinin hazırlanması.
- Gələn və gedən qonaqların qarşılanması, yerləşdirilməsi və çıxarılması proseslərinə nəzarət.
- Qonaq məmnuniyyətinin artırılması üçün müvafiq tədbirlərin görülməsi.
- Gələn qonaq şikayətlərinin effektiv və operativ həlli.
- OTA-lar (Booking.com, Expedia və s.) və PMS proqramları ilə işləmək.
- Rəhbərliyə gündəlik, həftəlik və aylıq hesabatların təqdim olunması.
- Digər şöbələrlə (housekeeping, F&B və s.) koordinasiyanın təmin olunması.
Tələblər:
- Ali təhsil (Turizm, Menecment və ya əlaqəli sahədə).
- Hotelçilik sahəsində minimum 3 il iş təcrübəsi (ən azı 1 il rəhbər vəzifədə).
- PMS proqramları üzrə təcrübə (Opera, Fidelio və s.).
- Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı.
- Azərbaycan və ingilis dillərində sərbəst danışıq və yazı bacarığı (rus dili üstünlükdür).
- Liderlik və komanda idarəetmə bacarığı.
- Problemləri operativ həll etmə və qərarvermə bacarığı.
- Qonaq yönümlü xidmət anlayışı və yüksək ünsiyyət bacarığı.
Üstünlüklər:
- Əlavə dil bilikləri.
- Revenue Management və ya satış bilikləri.
- Turizm üzrə əlavə təlim və sertifikatlar.
Təminatlar:
- Azərbaycan Respublikası əmək məcəlləsinə uyğun rəsmi işə qəbul, 6 günlük növbəli iş qrafiki.
- İş vaxtı qidalanma şirkət tərəfindən təmin edilir.
- Əmək haqqı müsahibə əsasında təyin ediləcək.
Necə müraciət etmək olar:
- İş yeri Qəbələ şəhərində yerləşir.
- CV-i başlıqda Front Office Manager qeyd etməklə Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
- Qısa siyahıdan seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.