Y Yeddi Gözəl Hotel Gabala
  • 276

Yeddi Gözəl Hotel Gabala

Hotels, Restaurants & Leisure

İaşə şöbəsinin meneceri (F&B manager)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İaşə şöbəsinin meneceri (F&B manager)

  • Истекает 25 май 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Otelin/restoranın iaşə (qida və içki) bölmələrinin gündəlik fəaliyyətinə nəzarət etmək
  • Büdcənin hazırlanması, xərclərin optimallaşdırılması və gəlirlərin artırılması istiqamətində fəaliyyət göstərmək
  • Komanda üzvlərinin işini təşkil və koordinasiya etmək, iş qrafiklərini tərtib etmək
  • Müştəri məmnuniyyətini təmin etmək və xidmət keyfiyyətini yüksək səviyyədə saxlamaq
  • Menyu planlaşdırması, məhsul sifarişləri və anbar nəzarətini həyata keçirmək
  • Təchizatçılarla əməkdaşlıq etmək və sərfəli alış şərtlərini təmin etmək
  • Gigiyena və təhlükəsizlik standartlarına riayət olunmasına nəzarət etmək
  • Təlimlər və performans dəyərləndirmələri vasitəsilə heyətin inkişafına töhfə vermək

 Tələblər: 

  • Cinsi: Kişi
  • Təhsil: Ali
  • Yaş: 25 - 40
  • Müvafiq sahə üzrə rəhbər vəzifələrdə minimum 1 il iş təcrübəsi; 
  • Təşkilatçılıq və inzibati bacarıqlar;
  • İctimai iaşə xidmətlərinin göstərilməsi qaydalarını bilməli;
  • Müştərilər ilə peşəkar ünsiyyət qurma bacarığı;
  • Azərbaycan və ingilis dillərində sərbəst danışıq və yazı bacarığı ( rus dili üstünlükdür);
  • Komandada işləmək bacarığı;
  • Diqqətli, məsuliyyətli və cəld olmalı;

İş şərtləri:

  • Əmək haqqı müsahibə əsasında təyin olunacaq
  • Həftədə 6 gün, növbəli cədvələ uyğun iş qrafiki, 1 gün istirahət
  • İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
  • İş vaxtı qidalanma şirkət tərəfindən təmin edilir.

İş yeri: Qəbələ şəhərində yerləşir.

Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində İaşə şöbəsinin meneceri (F&B manager) göstərməklə Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Qısa siyahıdan seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily23
  • Weekly707
  • Monthly2606