Vəzifə öhdəlikləri:
- Otelin/restoranın iaşə (qida və içki) bölmələrinin gündəlik fəaliyyətinə nəzarət etmək
- Büdcənin hazırlanması, xərclərin optimallaşdırılması və gəlirlərin artırılması istiqamətində fəaliyyət göstərmək
- Komanda üzvlərinin işini təşkil və koordinasiya etmək, iş qrafiklərini tərtib etmək
- Müştəri məmnuniyyətini təmin etmək və xidmət keyfiyyətini yüksək səviyyədə saxlamaq
- Menyu planlaşdırması, məhsul sifarişləri və anbar nəzarətini həyata keçirmək
- Təchizatçılarla əməkdaşlıq etmək və sərfəli alış şərtlərini təmin etmək
- Gigiyena və təhlükəsizlik standartlarına riayət olunmasına nəzarət etmək
- Təlimlər və performans dəyərləndirmələri vasitəsilə heyətin inkişafına töhfə vermək
Tələblər:
- Cinsi: Kişi
- Təhsil: Ali
- Yaş: 25 - 40
- Müvafiq sahə üzrə rəhbər vəzifələrdə minimum 1 il iş təcrübəsi;
- Təşkilatçılıq və inzibati bacarıqlar;
- İctimai iaşə xidmətlərinin göstərilməsi qaydalarını bilməli;
- Müştərilər ilə peşəkar ünsiyyət qurma bacarığı;
- Azərbaycan və ingilis dillərində sərbəst danışıq və yazı bacarığı ( rus dili üstünlükdür);
- Komandada işləmək bacarığı;
- Diqqətli, məsuliyyətli və cəld olmalı;
İş şərtləri:
- Əmək haqqı müsahibə əsasında təyin olunacaq
- Həftədə 6 gün, növbəli cədvələ uyğun iş qrafiki, 1 gün istirahət
- İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
- İş vaxtı qidalanma şirkət tərəfindən təmin edilir.
İş yeri: Qəbələ şəhərində yerləşir.
Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində İaşə şöbəsinin meneceri (F&B manager) göstərməklə Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qısa siyahıdan seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.