Şəhər: Nafalan, Azərbaycan
Vəzifənin Təsviri:
- “Gashalti Health Hotel” komandasına FO menecer müavini vəzifəsi üzrə namizədlər axtarılır.
Əsas vəzifə və öhdəliklər:
- Qonaq məmnuniyyətini maksimum səviyyədə təmin etmək
- Rezervasiya standartlarının bilik və tətbiqi heyətin ona uyğun işləməsini təmin etmək.
- Qonaqların yüksək səviyyədə xidmətlə təmin edilməsi və məmnunluğun izlənməsi.
- Sosial media, online satış platformaları və qonaq rəylərinin izlənilməsi, cavablandırılması və rəhbərliyə hesabat verilməsi.
- Qonaq şikayətlərini və mübahisələri nəzərdən keçirib sürətli həll təmin etmək.
- Qonnaqların gəliş və gedişlərini nəzarətdə saxlamaq.
- Qiymət siyasəti, daxili audit prosedurları, borcların və qrup/fərdi hesab-fakturaların idarəsi.
- Otaqların təyin olunması, VIP və qonaq tələblərinin izlənməsi və xidmətin təmin olunması.
- Heyət üçün təlimlərin hazırlanması və keçirilməsi, işçilərin uniforma və şəxsi gigiyena standartlarına nəzarət.
- PMS sistemləri və ön ofisin standart iş prosedurlarının tətbiqi.
- Qonaq sənədlərinin düzgün saxlanılması və arxivləşdirilməsi.
- Növbələrarası brifinqlərin keçirilməsi və növbənin düzgün təhvil verilməsi.
- Rezervasiya, dəyişiklik və ləğv əməliyyatlarını qəbul etmək; gəlməyən qonaqların ödənişlərini izləmək.
- Agentlik komissiya ödəmələrinin təqibi və otelin doluluq/gəlir artımı üçün qeydiyyat şöbəsi ilə əlaqə saxlamaq.
- Oteldə baş verən fövqəladə və təhlükəsizlik hallarında qaydalara uyğun tədbir görmək.
Tələblər
- Ali təhsil (otellər və turizm üzrə üstünlük).
- FO əməliyyatları üzrə minimum 2-3 il təcrübə.
- PMS sistemləri və MS Office bilikləri.
- Yüksək səviyyədə ünsiyyət və liderlik bacarıqları.
- Problem həll etmə və sürətli qərar vermə qabiliyyəti.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.