Namizəd müştəri müraciətlərinin idarə olunması, ödəniş əməliyyatlarının monitorinqi, refund və chargeback sorğularının icrası, eləcə də banklar, processing mərkəzləri və tərəfdaşlarla əməliyyat proseslərinin koordinasiyasında iştirak edəcək.
Əsas vəzifələr
- Müştərilərdən daxil olan sorğu, müraciət və şikayətlərin qəbul edilməsi, qeydiyyatı və aidiyyəti üzrə yönləndirilməsi;
- Ödəniş əməliyyatlarının statusunun yoxlanılması və nəticələrin müştərilərə təqdim edilməsi;
- Processing mərkəzləri, issuer banklar və digər tərəfdaşlarla ödəniş əməliyyatları üzrə işgüzar yazışmaların aparılması;
- Refund, chargeback və digər ödəniş sorğularının idarə olunması və hesabatların hazırlanması;
- Texniki və əməliyyat problemlərinin təhlil edilməsi, aidiyyəti komandalarla koordinasiya olunaraq həll prosesinin izlənilməsi;
- Müştəri məmnuniyyəti və müraciətlər üzrə statistik məlumatların hazırlanması və müvafiq hesabatların aparılması;
- SLA çərçivəsində sorğuların vaxtında və keyfiyyətli icrasının təmin edilməsi.
Tələblər
- Ali təhsil;
- Müştəri müraciətləri və şikayətlərlə işləmək bacarığı;
- Ödəniş əməliyyatları, bank prosesləri, refund və chargeback üzrə ilkin bilik;
- Analitik düşünmə, detallara diqqət və problem həll etmə bacarığı;
- MS Office və informasiya sistemlərindən istifadə bacarığı;
- Güclü yazılı və şifahi kommunikasiya bacarığı;
- Azərbaycan və rus dillərini səlis bilmək mütləqdir;
- İngilis dili biliyi arzuolunandır.
Təcrübə
- Bank, fintech, ödəniş sistemləri, müştəri xidməti və ya əməliyyat sahəsində iş təcrübəsi
- arzuolunandır.
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi üstünlük hesab olunur.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.