Əməliyyatlar üzrə mütəxəssis - Сustomer care

  • Истекает 24 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Namizəd müştəri müraciətlərinin idarə olunması, ödəniş əməliyyatlarının monitorinqi, refund və chargeback sorğularının icrası, eləcə də banklar, processing mərkəzləri və tərəfdaşlarla əməliyyat proseslərinin koordinasiyasında iştirak edəcək.

Əsas vəzifələr

  • Müştərilərdən daxil olan sorğu, müraciət və şikayətlərin qəbul edilməsi, qeydiyyatı və aidiyyəti üzrə yönləndirilməsi;
  • Ödəniş əməliyyatlarının statusunun yoxlanılması və nəticələrin müştərilərə təqdim edilməsi;
  • Processing mərkəzləri, issuer banklar və digər tərəfdaşlarla ödəniş əməliyyatları üzrə işgüzar yazışmaların aparılması;
  • Refund, chargeback və digər ödəniş sorğularının idarə olunması və hesabatların hazırlanması;
  • Texniki və əməliyyat problemlərinin təhlil edilməsi, aidiyyəti komandalarla koordinasiya olunaraq həll prosesinin izlənilməsi;
  • Müştəri məmnuniyyəti və müraciətlər üzrə statistik məlumatların hazırlanması və müvafiq hesabatların aparılması;
  • SLA çərçivəsində sorğuların vaxtında və keyfiyyətli icrasının təmin edilməsi.

Tələblər

  • Ali təhsil;
  • Müştəri müraciətləri və şikayətlərlə işləmək bacarığı;
  • Ödəniş əməliyyatları, bank prosesləri, refund və chargeback üzrə ilkin bilik;
  • Analitik düşünmə, detallara diqqət və problem həll etmə bacarığı;
  • MS Office və informasiya sistemlərindən istifadə bacarığı;
  • Güclü yazılı və şifahi kommunikasiya bacarığı;
  • Azərbaycan və rus dillərini səlis bilmək mütləqdir;
  • İngilis dili biliyi arzuolunandır.

Təcrübə

  • Bank, fintech, ödəniş sistemləri, müştəri xidməti və ya əməliyyat sahəsində iş təcrübəsi
  • arzuolunandır.
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi üstünlük hesab olunur.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily39
  • Weekly559
  • Monthly2271