Əmək funksiyaları:
- Cəmiyyət strategiyasını, daxili audit barədə qanunvericiliyi, beynəlxalq daxili audit standartlarını, normativ sənədləri və rəhbərliyin qəbul etdiyi qərarları əsas götürərək, daxili auditin forma və qaydalarını, auditin illik iş planını işləmək və rəhbərliyin təsdiqinə vermək;
- Daxili audit və audit üzrə tərtib olunan aktların nəticəsi barədə rəhbərlik üçün qısa arayış və rəy hazırlamaq;
- Yoxlama zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması, anoloji halların təkrar olunmaması üçün rəhbərliyə təkliflər vermək;
- İdarədə fəaliyyət göstərən struktur bölmələrinin müəssisədaxili qaydalara və qüvvədə olan normativ hüquqi aktların tələblərinə uyğun fəaliyyət göstərməsinə nəzarəti həyata keçirmək və görülmüş işlər barədə vaxtaşırı rəhbərliyi məlumatlandırmaq;
- Zəruri hallarda Ümumi Yığıncağın və direktorun razılığı ilə Şirkətin digər əməkdaşlarını auditin aparılmasına cəlb etmək;
- Daxili auditin fəaliyyəti ilə bağlı uzunmüddətli və illik inkişaf planlarını hazırlamaq və Ümumi Yığıncağa və Cəmiyyətin direktoruna təqdim etmək;
- Daxili auditin fəaliyyəti ilə bağlı illik hesabatı Ümumi Yığıncağa, Cəmiyyətin direktoruna və aidiyyəti sahələrin rəhbər şəxslərinə təqdim etmək;
- Daxili auditin qarşısında qoyulmuş vəzifə və funksiyaların yerinə yetirilməsi üçün səlahiyyəti daxilində digər tədbirlər görmək və göstərişlər vermək;
- Cəmiyyətin bütün struktur bölmələrində daxili nəzarət tədbirləri, o cümlədən, xidməti araşdırmalar, daxili audit yoxlamaları və monitorinqlər həyata keçirmək;
- Cəmiyyət daxili mühasibat əməliyyatlarının yoxlanılması prosesində iştirak etmək;
- Məlumat və informasiyanın emalı mərkəzlərində dövri auditlərdə iştirak etmək;
- Digər struktur bölmələrindən tələb olunan məlumatları, sənədləri və sorğuları təqib etmək və gecikmələr baş verdiyi halda səlahiyyətli şəxsləri məlumatlandırmaq;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vəzifə səlahiyyətləri çərçivəsində icra etmək.
ƏL/TMM üzrə vəzifə öhdəlikləri:
- ƏL/TMM üzrə daxili nəzarət sistemlərinin müstəqil qiymətləndirilməsini həyata keçirir;
- Audit fəaliyyətində tam müstəqilliyi və obyektivliyi təmin edir ;
- ƏL/TMM risklərinin müəssisənin fəaliyyətinə təsirini mütəmadi qiymətləndirir;
- ƏL/TMM üzrə siyasət, qayda və prosedurların normativ tələblərə və beynəlxalq standartlara uyğunluğunu yoxlayır;
- ƏL/TMM üzrə aparılmış audit yoxlamalarının nəticələri barədə birbaşa olaraq Cəmiyyətin direktoruna təqim edir;
- Uyğunsuzluqlar və zəifliklər barədə tövsiyələr hazırlayır, onların aradan qaldırılmasına nəzarət edir;
- Xarici auditorlar və nəzarət orqanlarının ƏL/TMM üzrə yoxlamaları ilə bağlı əməkdaşlıq edir;
- ƏL/TMM üzrə daxili nəzarət sisteminin davamlı təkmilləşdirilməsi ilə bağlı təkliflər verir;
- ƏL/TMM üzrə audit yoxlamalarını riskəsaslı yanaşma ilə ən azı ildə bir dəfə həyata keçirir.
Bilməlidir:
- Azərbaycan Respublikasının Konstitusiyasını, Mərkəzi Bankın qayda və tələbləri, Daxili Audit haqqında qanunu, Daxili Auditorlar İnstitutu tərəfindən müəyyən edilmiş peşə standartlarını, təlimat və qaydaları, məcəllələri (əmək, vergi, inzibatı xətalar və s), qanunları (daxili audit, mühasibat uçotu), qaydalar və digər normativ-hüquqi aktlar barədə biliklər;
- Daxili audit standartlarını;
- Daxili əmək intizamı qaydalarını;
- Əməyin mühafizəsi, təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.
Vəzifə tələbləri:
- Ali iqtisadi və ya hüquqi təhsilə və müvafiq ixtisas üzrə azı 5 (beş) illik iş stajına malik olmaq;
- Maliyyə menecmenti, maliyyə və mühasibatlıq sahələrində peşə vərdişlərinə malik olmaq;
- MS ofis proqramları yüksək səviyyədə. ERP tipli proqramlar arzuolunandır.
- Riskləri qiymətləndirmək bacarığı və analitik qabiliyyəti;
- Kənar auditin aparılması qaydalarını və prinsiplərini bilməlidir.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.